Göbələk alarkən diqqətli olun

Göbələk alarkən diqqətli olunTərkibində minerallı maddələr, vitaminlər, yağ, karbohidratlar və s. olan göbələk qidalı yeyinti məhsuludur. Dəyərli zülal mənbəyi olmasıyla yanaşı, göbələk həmçinin orqanizm üçün lazım olan bütün amin turşuları ilə zəngindir. Təzə göbələyin 100 qramı 71-130, qurudulmuş göbələyin 100 qramı isə 1251-1335 kCoul enerji verir. Göbələk az kalorili olsa da, yüksək dada malikdir. Ondan alınan bulyon mədə şirəsinin ifrazına göstərdiyi təsirə görə ət bulyonundan üstün hesab edilir.İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti göbələkdən istifadə edərkən ehtiyatlı olmağı məsləhət bilir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təzə halda istifadə ediləcək göbələklər təmiz, sağlam, şax, əzilməmiş, torpaqdan təmizlənmiş olmalıdır. Təzə göbələkləri növündən və saxlanma temperaturundan asılı olaraq ən çoxu 2-5 sutka saxlamaq olar. Saxlama zamanı stabil temperaturun təmin olunması vacib şərtlərdən biridir. Bu məhsulların saxlanması üçün optimal temperatur isə 0-50C hesab olunur. Göbələk təmiz, quru, ziyanvericilərin təsirinə uğramayan və kənar qoxusu olmayan yerlərdə saxlanmalıdır.

Saxlama müddətinin uzadılması üçün göbələklər əsasən qurudulur, duza və sirkəyə qoyulur. Qurudulmuş göbələklərin saxlanılma müddəti 1 ildir. Duza və sirkəyə qoyulmuş göbələkləri isə 0-150C-də 75% nisbi rütubətdə, pasterizə olunmuşları 12 ay, pasterizə edilməyənləri isə 8 ay saxlamaq olar. Bu məhsullar əsasən şüşə və meral bankalarda, zəruri sıxlıq tələblərinə əməl edilməklə konservləşdirilir. Göbələklər sanitar norma və qaydalara riayət edilməklə, texnoloji təlimatlara uyğun olaraq qablaşdırılmalıdır. Qablaşdırma üçün istifadə olunan tara təmiz, quru olmalı, kənar qoxu verməməlidir. Göbələklər əsasən karton qutulara, polimer paketlərə və plastmas yeşiklərə qablaşdırılır.

Göbələk qablaşdırılmış taraların markalanmasında istehsalçının əmtəə nişanı, onun xalis çəkisi, yığılma, qablaşdırma tarixi, saxlanma temperaturu, müddəti, şərtləri, standarta uyğunluğu haqda informasiya və s. məlumatlar olmalıdır. İstehlak zamanı göbələk diqqətlə yoxlanılmalı, qurdu olanlar atılmalıdır. Yemək hazırlayarkən üst qabığı soyulmalı və yuduqdan sonra bişirilməlidir. Mütəxəssislər hesab edir ki, göbələyin ekstraktı hüceyrələrə xoş təsir göstərir və onların müxtəlif infeksiyalara olan müqavimətini yüksəldir. Göbələyin tərkibindəki vitamin və mineral həmçinin yaşlanmanı gecikdirir, beyin və sinir sistemini xəstəliklərdən qoruyur.

Sağlamlıq     Baxılıb: 1979   Tarix: 17 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

turlar.az

kosmetoloq reseptler qis geyimləri 2026 soz ehtiyati artirmaq vətənə aid bayatılar haqista hamiləlik və doğuş kosmetika oglaq englishdilində qulaq vətən haqqında atalar sözləri kökəlmək üçün 8 mart