Göbələk yaradan su qabları - ARAŞDIRMA

Göbələk yaradan su qabları - ARAŞDIRMAMağazalarda uşaqlar üçün satılan su qablarının keyfiyyəti ilə bağlı son günlər ciddi müzakirələr aparılır. Hətta deputatlar belə, məsələnin ciddi şəkildə araşdırılmasını tələb edirlər.
Diqqətdən kənarda qalan məsələ
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Naqif Həmzəyev bu məsələyə toxunaraq satışda uşaqlar üçün nəzərdə tutulan su qablarının keyfiyyətsiz olduğunu iddia edib. O deyib ki, müxtəlif yerlərdə şagirdlər üçün satılan su qablarını özü alıb və yoxlayıb. Deputatın fikrincə, satışda çox keyfiyyətsiz su qabları var: "Buna ümumiyyətlə nəzarət olunmur. Bir neçəsini aldım, içərisində su saxladım, üç gündən sonra qoxu yaranır və ya orada göbələklər əmələ gəlir. Biz diqqətimizi polietilen torbaya yönəltmişik, amma böyük problem olan su qablarının monitorinqi də aparılmalıdır. Ciddi nəzarət mexanizmi qurulmalıdır ki, uşaqlarımızı zəhərləməyək. Əks təqdirdə, uşaqlarımız başqa xəstəliklərə yoluxacaqlar".
Bəs ölkədə su qablarının standartlara cavab verib-vermədiyinə, sağlamlıq üçün təhlükə yaradıb-yaratmadığına dair standartlar varmı?
Milli.Az xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma aparıb.
Həmin məhsullar yoxlanılır, gigiyenik sertifikat verilir
Mövzu ilə əlaqədar Səhiyyə Nazirliyinin Respublika Sanitar Karantin Mərkəzindən bildirilib ki, ölkəyə idxal olunan, hazırlandığı materialdan asılı olmayaraq, uşaqların istifadəsi üçün nəzərdə tutulan su qablarının dövlət gigiyena qeydiyyatına alınması digər məhsullar kimi, müvafiq qanunvericilik aktlarına uyğun qaydada hüquqi və fiziki şəxslərin "Respublika Sanitariya-Karantin Mərkəzi"nə rəsmi müraciətləri əsasında həyata keçirilir: "Belə ki, müraciət zamanı məhsulu müşayiət edən sənədlər araşdırılır, götürülmüş nümunələr müayinə olunmaq üçün laboratoriyaya göndərilir. Müayinələrin nəticələri sanitariya norma və qaydaların tələblərinə cavab verərsə, həmin məhsul dövlət gigiyena qeydiyyatına alınır və ona gigiyenik sertifikat verilir. Bu cür məhsullar uşaqların istifadəsi üçün təhlükəsiz hesab edilir.
Digər məhsullar kimi su qablarının da satış yerlərində ətraf mühitin və kənar amillərin təsiri nəticəsində saxlanma şəraiti pozula, nəticədə məhsullar istifadə üçün yararsız vəziyyətə düşə bilər. Ona görə də, bu cür məhsulların saxlanma şəraitinə düzgün və ciddi əməl edilməlidir, eyni zamanda, yararlılıq müddətinə diqqət yetirilməlidir. Bütün qeyd olunanlarla yanaşı, bilməliyik ki, məhsulların istifadə üçün yararlı olması yalnız laborator müayinələrlə təsdiqlənir".
Uşaqlar zəhərlənə bilərlər
Mərkəzdən o da bildirilib ki, hazırlandığı materialdan (plastik, metal, şüşə, keramik və s.) asılı olmayaraq, laborator müayinələr zamanı aşkar olunan kimyəvi maddə və elementlərin miqdarı yol verilən normada olmalıdır: "Kimyəvi maddə və elementlərin miqdarı yol verilən normadan həddindən artıq olarsa, yəni sanitariya norma və qaydalarının tələblərinə cavab verməzsə və yaxud məhsul sanitariya nəzarətindən kənarda qalarsa, saxlanma şəraiti pozularsa, yararlılıq müddəti keçmişsə, həmin su qablarının istifadəsinə icazə verilməməli və aidiyyəti tədbirlər görülməlidir. Əks təqdirdə, uşaqlar üçün ciddi fəsadlar və valideynlər üçün böyük problemlər yarana bilər. Belə ki, uşaqlarda zəhərlənmə halları baş verə bilər, qaraciyər, böyrək və mədə-bağırsaq sistemində müxtəlif patologiyaların yaranmasına səbəb olar".
Əlavə edilib ki, son illər hüquqi və fiziki şəxslərin müraciətləri zamanı sanitariya norma və qaydalarının tələblərinə cavab verməyən idxal olunan su qabları aşkar edilməyib. İstehlakçılar su qabları alarkən onların keyfiyyət və təhlükəsizliyi baxımından şübhələri yaranarsa, Respublika Sanitariya - Karantin Mərkəzinə müayinələrin aparılması üçün müraciət edə bilərlər".
Nəzarət mexanizmi zəifdir
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, su qablarından pis qoxu gəlməsinin səbəblərindən biri uşaqların onlardan istifadə edərkən tüpürcək yolu ilə daxil olan bakteriyalardır: "Lakin su qabları yeni alınanda da kəskin qoxu gəldiyinə dair şikayətlər alırıq. Nazirlər Kabinetinin təhlükəsizliyi təmin edilən mallarla bağlı 343 saylı qərarı olub. Təəssüf ki, bu qərar 2021-ci ildə ləğv edilib. Bu səbəbdən də, buna nəzarət yoxdur. Bu gün həmin məhsullar istehsalçının adi kağız qeydləri ilə ölkənin əmtəə bazarına satışa buraxılır. Demək olar ki, heç bir yerdə yoxlamadan keçməyən bu kimi malların başqa növləri də var. Əmtəə bazarında bu kimi malların çox olması ölkədə istehlakçı hüququnun zəifliyinin göstəricisidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun 1995-ci ildə qəbul olunub və artıq köhnəlib. Bu işlərə nəzarət edən dövlət orqanları çox zəif işləyirlər. Vətəndaşlar belə malları alan zaman qoxlasınlar, kəskin qoxu gələn məhsulları almasınlar. Azad bazar iqtisadiyyatıdır, dünyanın hər yerindən hər cür mallar gətirilir. Lakin təəssüf ki, bu mallar kiçik yaşlı istehlakçıların sağlamlığına ziyan vura bilər".
Milli.Az 

Xəbərlər     Baxılıb: 951   Tarix: 06 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

gozel gorunmek donlar 2026 toy gecesi balqabaq tumu biskvitli tort resepti tut aragi haqqinda adların mənası kosmetika saglam qidalanma kondom xanım az vusale elizade sağlıq