Gözəlliyə zərər verən vərdişlər
Makiyajınızı təmizləmədən yatmayın,çünki dərinin məsamələrində qalan krem və ya pudra dərini yandıra bilər.Arıqlayıb-kökəlmək zərərlidir.
Vaxtı keçmiş kosmetik vasitələrdən istifadə etməyin. Eyni zamanda, kosmetik məhsulları barmaq vasitəsi ilə vurmayın. Çünki dəridəki çatlar infeksiyalara, gözdə allergik xəstəliklərə səbəb ola bilər. Rəngi, qoxusu dəyişən kosmetikaları atın.
Gözəlliyə zərər verən vərdişlər
Saralan dişlər ağızda xoşagəlməz qoxulara, dişlərin çürüməsinə və diş əti xəstəliklərinə yol açır. Buna görə də, dişlərinizi gündə iki dəfə fırçalayın, dişlərinizi təmizləmək üçün keyfiyyətli diş iplərindən istifadə edin.
Dərinin tez-tez gərilməsi nəticəsində elastik toxumalar qırılır və dəridə çatlar əmələ gəlir.
Əsasən kökəlib-arıqladıqda bu fəsadlar meydana çıxır. Bədənin çəkisinin artıb-azalması, hamiləlik, köklük, sürətli böyümə, tez-tez ağırlıq qaldırma qarın, çanaq və baldır nahiyələrində çatların əmələ gəlməsinə səbəb olur. Dəri 3 qatdan ibarətdir: dermis, derm və hipoderm. Derm yorğanı xatırladır.
Gözəlliyə zərər verən vərdişlər
Tərkibindəki liflər sayəsində dərinin əsas qatını əmələ gətirir. Şəbəkə şəklindəki protein lifləri dərinin möhkəmliyini, canlılığını qoruyub saxlayır. Daha nazik olan elastik liflər həmin liflərlə birlikdə tor əmələ gətirir və bu tor dərinin elastikliyində mühüm rol oynayır. Torun forması pozulduqda və ya elastik liflər qopduqda dəridə çatlar əmələ gəlir.
Çatların qarşısını almaq olarmı?
Çatların qarşısını almaq üçün bədənin qarın, ayaq və digər nahiyələrini elastikliyə alışdırmaq lazımdır. Müxtəlif losyon və yağlar dərinin elastikliyinə yardımçı olur. Masaj da çatlara qarşı qoruyucu vasitədir. Güclü hüceyrələr heç vaxt çatlamır. Ona görə də rejimlə qidalanmaq və çoxlu su içmək sağlam dəriyə sahib olmaqda mühüm rol oynayır.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?