Gündəlik göz makiyajı edən xanımlar üçün ipucları
Gündəlik göz makiyajı edən xanımlar üçün ipucları
Ən açıq rəngli tonu gözün içəri küncünə çəkib fırça ilə yaxşıca elə yayırıq ki, rəng göz qapağını üzün fonunda çox ağartmadan sadəcə rəngini bir qədər açsın.
Gündəlik göz makiyajı üçün yüz rəngli tenlər almaq elə də vacib deyil. Təbii görünmək üçün açıq rəngli tenlərin bir neçə çaları – parıltılı, bej, qəhvəyi, boz kifayətdir.
Bir qədər tünd rəng gözün kənar küncünə çəkilir.
Baxışları xüsusi nəzərə çarpdırmaq üçün tünd qələm lazımdır. İri gözlərin sahibləri qələmi bütün göz qapağı boyu çəkə bilərlər.
Xırda gözlər üçün göz qapağının orta hissəsindən yanlara doğru istiqamətlənmiş ox daha münasibdir.
Sonda tuş çəkirik. Yuxarı kipriklər göz qapağından yuxarıya, aşağı kipriklər isə müvafiq olaraq aşağı istiqamətdə boyanır. Aşağı kipriklərə tuş vurulduqda iri gözlər daha açıq, xırda gözlər isə olduğundan balaca görünür.
Kiprikləri daha qabarıq göstərmək üçün tuş quruduqdan sonra, ikinci qat da çəkin, lakin bu dəfə əksinə, yuxarıdan aşağıya – göz qapaqlarına doğru vurun.









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq