Günəş şüasından yaranan ləkələrdən necə qorunmaq olar?

Günəş şüasından yaranan ləkələrdən necə qorunmaq olar?Yay aylarında insanlar arasında çox yayılan problemlərdən biri də yanıqlar və günəşdən yaranan ləkələrdir. Günəşdən düşən bu ləkələr insanların bir çoxlarında kompleks yaradır. Günəş şüasından yaranan ləkələrdən və yanıqlardan necə qorunmaq olar?
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mövzu ilə bağlı sualları cavablayan həkim-kosmetoloq İlahə Sadıqova deyib ki, ləkələrin yaranmaması, eləcə də mövcud olan ləkələrin daha da yayılmaması və dərinləşməməsi üçün yayda daha diqqətli olmaq lazımdır. Günəş şüalarının təsiri nəticəsində dəridə yaranan piqment ləkələri ən çox xanımları narahat edən problemdir. Ləkələr düzgün müayinə olunmalı və müalicə üsulları da buna uyğun seçilməlidir. Vəziyyətdən asılı olaraq krem və ya iynə müalicələri təyin olunur.
İ.Sadıqova bildirib ki, günəş şüalarından qorunmağın ən yaxşı yolu qoruyucu kremlərdir. SPF, suyadavamlı, geniş spektrumlu günəşdən qoruyucu kremlərdən və ya spreylərdən istifadə etmək lazımdır. Bu kremlər evdən çıxmazdan 20 dəqiqə əvvəl çəkilməlidir. Günəş şüalarının 90 faizi buludlardan keçir. Ona görə də buludlu havalarda da günəş kremindən istifadə etmək məsləhətdir. Həftədə 2-3 dəfə 10-15 dəqiqə sadəcə əlinizin üstünə belə günəş şüası düşsə, lazımi D vitaminini qəbul etmiş olursunuz. Ona görə günəş şüasının altında çox qalmaq məsləhət deyil. Vaxtı keçmiş və ötən ildən qalan kremlərdən istifadə etmək dəri üçün zərərlidir. Günəş kremlərinin ömrü cəmi bir ildir və vaxtı keçdikdən sonra onun təsiri itir. Çox tərləyirsinizsə, suya dözümlü kremlərdən istifadə etmək məsləhətdir. Əgər üzdə artıq ləkə yaranıbsa, bu problemlə müasir kosmetoloji proseduralar vasitəsilə, o cümlədən plazmaliftinq, mezoterapiya, biorevitalizasiya və s. üsullarla mübarizə aparılmalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1035   Tarix: 20 noyabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

donlar 2026 kosmetik vasiteler geymler 2026 sarmisaqin faydasi sağlam ol qiz usagini acmaq kabablar kosmetika dostluq hekaye janri brusell bakteriyası naz mila sekis