Hamilələrdə koronavirus dölə ötürülürmü? - AÇIQLAMA
Koronavirusa yoluxmuş hamilə qadın xəstəliyi dölə ötürə bilməz, lakin uşaq doğuşdan sonra böyük ehtimalla xəstələnə bilər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın ali dərəcəli həkimi, mama-ginekoloq-endokrinoloqu Yelena Velikjanina məlumat verib.
"Nəzərə almaq lazımdır ki, xəstəlik bətndə ötürülmür, lakin uşağın doğuşdan sonra xəstələnmə ehtimalı yüksəkdir", - deyə həkim xəbərdarlıq edib.
O, bu baxımdan ilk vaxtlar körpələrin anasından təcrid olunduğunu bildirib.
"Əksər hallarda yeni doğulmuş belə uşaqların müxtəlif sağlamlıq pozğunluqları olur, onlarla neonatoloqlar məşğul olur və daha sonra pediatrların nəzarətinə götürülür", - deyə mama-ginekoloq bildirib.
"Çox vaxt həkimlər ananın həyatını xilas etmək üçün erkən doğuşu stimullaşdırmağa məcbur olurlar; yeni doğulmuş körpələrdə yaranan sağlamlıq problemləri xəstəliklə deyil, vaxtından əvvəl doğuşla bağlıdır", - deyə həkim izah edib.
Həkim bildirib ki, COVID-19-a ən çox peyvənd olunmamış hamilə qadınlar yoluxur.
"Peyvəndin hamiləliyə və uşağa mənfi təsir göstərdiyinə dair heç bir sübut yoxdur", - deyə həkim sözlərini yekunlaşdırıb.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi