Hamiləlik dövründə bir çox qadınların ehtiyyat etdikləri amillər

Hamiləlik dövründə bir çox qadınların ehtiyyat etdikləri amillərSaçların boyanmasına gəldikdə isə həkimlərin əksəriyyəti bunu hamiləliyin ilk 3 ayı ərzində etmək məsləhət etmirlər. Məsələ burasındadır ki, saç boyaların tərkibində müxtəlif orqanizmə zərər verə bilər maddələr var. İlk növbədə bu ammonyak, hidrogen peroksidi, rezorsin və s. maddələrdir. Saç boyası saçlarda 30 dəqiqə və hətta daha artıq müddət ərzində qalır. Bu müddət ərzində bu maddələr baş dərisinə düşərək kiçik miqdarlarda olsa da qadının qanına sorulur. İlk 3 ay ərzində ciftin formalaşması prosesi gedir və bu müddət ərzində döl hələ ki ciftlə tam müdafiə olunmur. Bu səbəbdən bu və digər ziyanlı maddələr nisbətən asan ana qanından dölün qanına düşə bilər.

Həqiqətdə saçların kəsilməsi hamiləliyə heç bir mənfi təsir etmir. Bu səbəbdən hamilə qadın özünə istədiyi saç kəsimi seçə bilər.

Bu sual hamilə qadınların əksəriyyətini maraqlandırır. Tanışlardan, rəfiqələrdən qadınlar tez-tez eşidir ki, hamiləlik zamanı saçları kəsmək və boyamaq olmaz ki, bu uşağın sağlamlığına ziyan vura bilər.

Hamiləliyin təxminən 16-cı həftəsində cift tam formalaşır və bundan sonra qadın saçlarını boyaya bilər. Lakin bu halda müəyyən qaydalara riayət etmək lazımdır:

- hamiləlik zamanı qadının immuniteti zəifləyir və bunun nəticəsində hətta allergiyaya meyilli olmamayan qadınlarda saç boyası allergik reaksiya verə bilər. Bu səbəbdən saçları boyadıqdan əvvəl belə bir test edin. Axşamdan boyanın kiçik hissəsini qulaqın axrasına çəkin və səhər nəticəni qiymətləndirin. Əgər dəridə qızarma, qaşınma və s. olarsa, saç boyasını dəyişin.

- ammonyak tərkibli davamlı boyalardan imtima edin. Hal hazırda satışda müxtəlif tərkibində ammonyak olmayan saç boyaları var (boyanın qutusunun üzərində "без аммиака" qeydi var). Orqanik boyalar, xüsusi köpüklər və şampunlar davamlı effekt verməsələr də, orqanizm üçün, demək olar, tam ziyansızdır. Ən ziyansız boyalar isə təbii boyalardır - xına və basma. Bu təbii boyalar həm də saçların keyfiyyətini yaxşılaşdırır, onları daha möhkəm edir. Bildiyimiz kimi, hamiləlik zamanı saçlar nazilir və tökülür.

- salona səhər saatlarında gedin ki, orada olan hava daha təmiz olsun.

Qadında allergiyaya meyillik olarsa, hamiləlik zamanı saçları boyamaq məsləhət deyil.

- hamiləlik zamanı qadının hormonal fonu kəskin dəyişilir və bu səbəbdən istədiyiniz rəng alınmaya bilər (daha tünd və ya daha açıq, qeyri-bərabər rəng, "ləkəli" saçlar). Bu səbəbdən əvvəl boyanı saçın kiçik dəstəsində yoxlayın. Nəticə sizi qane edərsə, bütün saçlarınızı boyaya bilərsiniz.

- hamiləlik zamanı "melirovaniye" və "kolorirovaniye" kimi müasir üsullara üstünlük verin. Bu zaman saç boyası dəri ilə təmasda olmur və bu səbəbdən onun tərkibində olan maddələr ananın qanına düşmür.

Beləliklə, hamiləlik zamanı müəyyən qaydalara riayət etməklə saçları boyamaq olar.

Ailə və Uşaq     Baxılıb: 3278   Tarix: 04 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

turlar.az

yaz geyimleri 2026 gözəllik məhsulları donlar 2026 qadinlarda soyuqdeyme cəlil məmmədquluzadə banan pirojnasi tort reseptləri kosmetika vətənə aid bayatılar xerçeng prostat vətənə aid atalar sözləri bedii edebiyyat