Hamiləlik zamanı düzgün qidalanma

Hamiləlik zamanı düzgün qidalanmaHər bir ana olmağa hazırlaşan qadın düzgün qidalanma haqqında eşidib. Bu, hamiləliyin düzgün keçməsi üçün ana bətnində olan uşağın normal inkişafı üçün zəruridir. Qidalanmada olan səhvlər qadın orqanizmi üçün zərərsiz ötüşə bilər,amma döl üçün ağır nəticələnə bilər. Ona görə də əgər siz körpənizin güclü və sağlam doğulmasını istəyirsinizsə,onda bu məqalə sizin üçündür.
Razılaşaq ki,bizim adi qidalanma tərzimiz çox monotondur. Bundan əlavə,bütün zamanlarda hamilə qadınları müxtəlif qida komponentləri ilə təmin etmək çox çətin olardı. Bizim nənələrimiz qida seçimi edə bilməzdilər-adi vaxtı yedikləri xörəkləri yeyərdilər,bəzən gündə bir, bəzən də iki dəfə qidalanardılar. Amma bunlara baxmayaraq uşaqlar normal və sağlam doğulardılar. Beləliklə, hər hansı bir pəhriz tədbiq etmək və ona əməl etmək lazımdırmı? Bu sualın cavabını siz artıq bilirsiniz,amma yenədə biraz bu mövzunu müzakirə edək:
Müasir qidanı bizim əcdadlarımızın yediyi qida ilə muqaisə edin. Yeyintinin sənaye emalı zamanı təbii qida maddələrinin çox hissəsi məhv olur. Təbiət hələ doğulmamış uşağa, hər cürə şəraitdə inkişafına lazımi olan maddələrlə təmin edir. Hardan? Əlbətdə ki, sizin orqanizminizdən,hansı ki,qidanı əvəzetmə qabiliyyətinə malikdir. Amma əgər siz öz ehtiyatlarınızı artırmasanız,sizin orqanizminiz buna baş ağrısı, yorğunluq, halsızlıqla, baş gicəllənmə, tənginəfəslik və toksikoz və.s ilə cavab verəcək.
Və nəhayət əsas arqument:Əgər hamilə qadının gündəlik qidası o qədər azdır ki özünə gücnən yetir-burada hansı uşaq sağlamlığı haqqında danışa bilərik?! Hamilənin öz orqanizminə qarşı olan bu cür qeyri-ciddi münasibətindən uşağa dəyən zərərin nəticəsinin siyahısını demək istəmirəm - proqnoz çox acınacaqlıdır.
Beləliklə, seçim artıq edilib. Indi isə təcrübəli həkimlərin verdiyi, hətta məhsulların məhdud olduğu halda belə, verdikləri məsləhətlərdən istifadə edək. Bu məhsullar ana və uşaq sağlamlığı üçün çox vacibdir.
1 Gələcək uşağınıza xeyirlidir deyə iki nəfərin əvəzinə yeməyə çalışmayın. Vacib olan ərzaqın miqdarı yox - yeməyin müxtəlifliyi və orqanizm tərəfindən yaxşı həzm olunmasıdır. Məhz belə qida dölə lazimi maddələri normal şəkildə çatdıra bilər.
2 Hamilə qadına yemək vərdişlərini birdən dəyişmək olmaz - protein məhsullarını və müxtəlif qida prinsiplərini. Əgər hamiləlikdən öncə qadının yemək rasionu çoxşaxəli olubsa,hamiləliyin birinci yarısında bu vərdişləri dəyişdirməmək olar.
3 Rəfiqələrin və tanışların məsləhətlərinə qulaq asmayın,məsələn, əti hər hansı bir bitki ilə əvəz eləmək haqqında olan məsləhətlər kimi.
Ola bilər ki,hər hansı bir məsləhət doğurdanda dəyərli və lazımi olsun,amma onların heç biri istesnasız bütün qadınlarda ideal hamiləliyi keçirdib sağlam uşaq doğmağını təmin edə bilməzlər. Hər bir qadın fərdidir,onun hamiləliyinin gedişatı və dölün formalaşması fərdi olduğu kimi. Ona görə də kor-koranə "qara" məsləhətlərə etibar etməyin,öz orqanizminizə "qulaq asın" və həkiminizin sizə verdiyi tövsiyyələrə riayyət edin.
4 Gələcək analar öz qida istəklərinə daha diqqətli olmalıdırlar və bu haqda utanmadan öz ərinə və yaxınlarına deməlidirlər. Çünki bu halda kaprizlər nəinki təkcə bağışlanılır,həmdə çox xeyirlidirlər. Çünki qeyri-adi nəyisə yemək hissi(təbaşir,gil,əhəng və.s) yarandıqda,buna komik bir hal kimi yox- döl üçün hər hansı bir maddənin çatışmamağı əlaməti kimi qəbul etmək lazımdır. Buna görə də bu cür hallara ciddi yanaşmaq lazımdır. Hamilə birdən-birə balıq,limon, kələm və.s istədiyində onu mütləq təmin etmək lazımdır.
5 Hamilə qadının menyusu imkan daxilində bütün əsaslı məhsullardan ibarət olmalıdır: süd və süd məhsulları, ət və ət məhsulları,balıq, yumurta,çörək, makaron məmulatları və yarma,tərəvəz, giləmeyvə, meyvə şirələri və un məmulatları. Unutmayın ki,tamamilə yaxşı və ya tamamilə pis məhsullar yoxdur. Yalnız düzgün miqdarda məhsulların istifadəsi ananı və bətnindəki uşaqı lazimi elementlərlə təmin edə bilər.
Hamilə qadının rasionu kifayət qədər əsas qida məhsulları ilə zəngin olmalıdır:amin turşuları,onun əsas mənbəyi heyvan mənşəli qida məhsullarıdır - ət,süd,yumurta,balıq,eləcədə paxlalılar - lobya,noxud,dənli bitkilər,amin turşuları,bitki yağı; vitamin və mineral duzlarla zəngin olan ət, balıq, yumurta, dənli bitkilər, meyvə, tərəvəzdir.
6 Çalışın yeməyi yaxşıca çeynəyəsiz: hər tikəni 30-50 dəfə çeynəmək məsləhətdir. Yatmazdan öncə yemək yeməyin. Bununla sizin həzminiz yaxşılaşacaq və bədən daha çox qidada olan xeyirli maddələri almış olacaq.
7 Bağırsağın müntəzəm hərəkətini təmin etmək çox vacibdir ki, uşaq və ananın orqanizmində olan natamam oksidləşmiş məhsullardan azad olasınız. Bunun üçün bağırsağın motor fəaliyyətini stimullaşdırmaq üçün qidada bitki lifləri ilə zəngin olan məhsullardan istifadə edin. Bu məhsulların siyahısına buğda unundan hazırlanmış məhsullar ( çovdar,Ukrayna və s ), xüsusilə kəpəklə zəngin olan (doktor çörəyi,zülallı-kəpəkli cörək və s ), qarabaşaq yarması, yulaf, arpa, darı taxılı və bir çox meyvə, tərəvəz, həmçinin yerkökü,çuğundur, alma, qurumeyvələr daxildir.

Ailə və Uşaq     Baxılıb: 3987   Tarix: 19 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

geyim və ayaqqabılar yay geyimləri 2026 geyim dəbləri hicab yay donları uşağın cinsiyyəti 2026 un geyimleri kosmetika bir arzum var vətən haqqında bayatılar dostluq vətən həsrəti vətənə aid bayatı