Həddən artıq təmizlik vəsvəsəsi sümük əriməsi və sınıqlara yol açır – Dəhşətli FAKT

Həddən artıq təmizlik vəsvəsəsi sümük əriməsi və sınıqlara yol açır – Dəhşətli FAKTGigiyena vəsvəsəsi sümük rezorbsiyasına və qırıqlara səbəb ola bilər.
ABŞ-da aparılan bir araşdırmaya görə, sabundan diş pastasına, ağız təmizlənməsinə qədər bir çox antibakterial təmizləyici maddədə olan Triclosan (TCS) sümük rezorbsiyasına səbəb olur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, 20 yaşdan yuxarı 848 qadın üzərində aparılan bir araşdırmada, sidikdə yüksək TCS aşkarlanan qadınlarda sümük möhkəmliyinin azaldığı görülüb. Daxili xəstəliklər və endokrinoloji mütəxəssisi Dr. Həsən Aydın bildirib ki, sözü gedən təsir menopauza sonrasında əvvəlkindən daha güclü olur.Onun sözlərinə görə, antiseptik xüsusiyyətləri olan bütün təmizləyici maddələr triklosan ehtiva edir
. Bu araşdırma Amerikanın Qidalanma və Sağlamlıq Tədqiqatları çərçivəsində aparılmışdır.
Triklosan antiseptik maddədir, sabundan diş pastasına, ağız təmizləyici mayedən ağardıcı vasitələrə qədər müxtəlif təmizləyici məhsullarda bu maddədən var.
Lakin bu vasitələrin insanlarda müxtəlif xəstəliklərə səbəb olduğu bəllidir.
Osteoporoz əhəmiyyətli bir sağlamlıq problemidir. Hazırda osteoporoz ürək xəstəliklərindən, hətta xərçəngdən daha çox yayılmışdır.
Sümük qırıqları, vertebral sınıqlar, bel əyriliyi, bel ağrısı, boyun qısalmasına da səbəb olur. Bunlardan omba sınığı isə ən təhlükəlisidir.
Həkimin sözlərinə görə, son illər biz hər beş omba sınığından əziyyət çəkən xəstələrdən birini itiririk.Qalanların yarısı isə normal gündəlik həyata qayıda bilmir.
Artıq osteoporoz cəmiyyətdə bu qədər ciddi bir sağlamlıq problemi olarkən, bu cür kimyəvi maddələr də əlavə riski artırır.
Həkim bildirir ki, bu maddədən nə qədər çox istifadə edirsinizsə, sümük əriməsinə bir o qədər çox məruz qalırsınız. Belə olduqda, biz tərkibində triklosan olan təmizlik vasitələrindən istifadə etməməliyik. Lakin istifadə etməyə məcbur olsanız, miqdarını azaltmağınız məsləhətdir. Əslində, triklosan ehtiva etməyən antiseptik təmizləyici maddələr də var. Lakin belə vasitələrin qiyməti bahadır. Ancaq onlara tələb artdıqca, maya dəyəri azalacaq.
Triklosan istifadəsi asan, ucuz başa gələn antiseptik maddə olduğundan , təmizləyici vasitələr hazırlayan şirkətlərin bundan imtina edəcəyi gözlənilmir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1158   Tarix: 26 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Qocalma hüceyrə səviyyəsində başlayır. İllər keçdikcə DNT-də zədələr yığılır, xromosomların ucundakı telomerlər qısalır, mitoxondrilər enerjini daha zəif istehsal edir və orqanizmdə səssiz, aşağı intensivlikli iltiha

.

Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yayda idman edənlər bunlara diqqət etməlidir

Yay aylarında havanın temperaturunun yüksəlməsi idman zamanı orqanizmin daha çox yüklənməsinə səbəb ola bilər. xəbər verir ki, isti havada məşq edən şəxslər bəzi vacib məqamlara diqqət etməlidirlər. Məşq vaxtını düzgün seçin

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Maşında ürəkbulanma niyə yaranır? - Səbəb

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkə

.

4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz

Uzunmüddətli avtobus və təyyarə səfərlərinin artması hərəkətsiz qalmaqla bağlı sağlamlıq risklərini də gündəmə gətirir. Mütəxəssislər xüsusilə risk qrupunda olan şəxsləri diqqətli olmağa çağırır. xəbər verir ki, Trakya Universitet

turlar.az

adlarin menasi geyim necə seçməli toy makiyaji sekilleri 2026 yay donlari sevinc tofiqqızı şirniyyat və tortlar qarazire faydalari kosmetika saglam qidalanma kahfe falı haxisda haqisda naz mila