Həkim infeksiyanı yayanlardan danışdı - İmmun sistemi zəifdirsə...

Həkim infeksiyanı yayanlardan danışdı - İmmun sistemi zəifdirsə..."Sual verirlər ki, evdə koronaviruslu xəstə varsa, nəyə görə həmişə ailənin digər üzvlərinə keçmir? Bir tanışımız var idi, ağır COVID xəstəsi. Amma evdəkilərə keçmədi. Necə olur bu? Və ya bəzən görürük ki, evdə hamıya keçib.
Tədqiqatlar göstərib ki, xəstə ilə bir evdə yaşayan, eyni havanı, eyni məişət əşyalarını, qapıların dəstəyini paylaşan insanlar mütləq yoluxmalıdır fikri yanlışdır. Yəni evinizdə kimsə koronavirus xəstəsidirsə, sizə keçmə ehtimalı cəmi 12%-dir. Ailə içərisində yoluxma 88% baş vermir. 43% ehtimalla ən çox həyat yoldaşına keçirə bilər. Əlbəttə ki, onlar daha sıx kontaktda olur".
Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov qeyd edib. O bildirib ki, bir ailədə əgər 2 üzv xəstələnibsə, ilk ağıla gələn fikir odur ki, biri digərinə keçirib, amma bu, həmişə belə olmur:
"Onların yoluxma mənbələri ayrı da olur, evdən kənarda. Tədqiqatlar göstərib ki, insanlar çöldə, cəmiyyətdə daha çox insanla kontaktda olur, nəinki evdə. Xəstələrin 80%-nin yoluxma mənbəyi 20% xəstələrdir. Yəni 20% xəstə virusu başqa xəstələrlə müqayisədə daha çox yayır. Onlar superyayıcılar adlanır və qalan 80% xəstənin yoluxmasından cavabdehdirlər. Əlbəttə ki, superyayıcının biri evdə olsa, digər ailə üzvləri də böyük ehtimalla koronavirusa yoluxacaq. Belə halları - ailəvi yoluxanları siz də görmüsünüz.
Əgər evinizdəki xəstə superyayıcı deyilsə, cəmi 12% yoluxma ehtimalınız var. Bəs xəstə nə zaman superyayıcı olur? Çoxsaylı faktorlar var, əgər bir xəstənin immun sistemi zəifdirsə, onun bədənində virus daha sürətli bölünür, nəinki başqa xəstədə.
Onu da qeyd edim ki, 12% az rəqəm deyil, evdə xəstə varsa, onu izolyasiya edin. Onun superyayıcı olmadığına kimsə zəmanət vermir".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1954   Tarix: 07 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

turlar.az

geyim şəkilləri gözəllik məhsulları həkim məsləhəti hamiləlik və doğuş qirmizi uzun donlar sağlamlıq xəbərləri milli geyimlər kosmetika xocali maraqli hakistalar seksual əqrəb saglam qidalanma