Həkim zəif qan dövranının əlamətlərini açıqladı

Həkim zəif qan dövranının əlamətlərini açıqladıƏzalardakı ağrı qan dövranının zəif olduğunu göstərə bilər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu barədə "MedicalXpress"ə Baylor Tibb Kollecinin (ABŞ) dosenti Veenadhari Vanq məlumat verib.
Onun sözlərinə görə, ayaqda və ya ayaq barmaqlarında, baldırlarda və ya ombalarda yaraların yavaş sağalması, kramp, uyuşma və ağrı qan dövranının zəif olduğunu göstərə bilər.
Həkim qan dövranının zəif olmasının öz növbəsində ürək və qaraciyərin fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib.
O, qan dövranının zəifləməsinin ən çox görülən əlamətlərinin əzalarda sancma, bıçaqlanma hissi və ağrı olduğunu deyib:
"Bəzən ağrı "yanğı" hissi kimi ola bilər. Bu cür ağrı ayaqlarda və ya barmaqların ön hissəsində daha çox hiss ediləcək. Qan dövranı pozğunluqları gəzintidən sonra bud, baldır və ya ombada ağrı kimi də özünü göstərir. Bu patologiyanın digər simptomları yaraların yavaş sağalması və dərinin solğunluğudur".
Həkim izah edib ki, orqanizm həyati orqanlara normal qan axını saxlamağa çalışır, ona görə də qan dövranının zəifləməsi əlamətləri adətən ilk növbədə xarici orqanlarda müşahidə olunur.
O, qan dövranının zəifləməsinin çoxsaylı ekoloji və genetik faktorlar, eləcə də qeyri-sağlam həyat tərzi seçimləri nəticəsində yarandığını qeyd edib.
"Ateroskleroz - qan damarlarının divarlarında xolesterin və yağ laxtalarının yığılması - damarları daralda və qanın axmasına mane ola bilər.
Bədəndə hipertoniya və iltihab da qan axınına mənfi təsir göstərir.
Diabeti olanlar, siqaret çəkənlər də qan dövranı problemi riski altındadır", - deyə mütəxəssis diqqətə çatdırıb.
Həkim qan dövranı ilə bağlı problemlərin ürək və qaraciyər kimi mühüm daxili orqanların işində pozulmalara səbəb ola biləcəyini vurğulayıb.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1491   Tarix: 28 iyul 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

kosmetik vasiteler toy makiyaji sekilleri geyim seçimi gözəllik böyürtkənin faydaları gozalti qaralar ucun displaziya kosmetika bayatılar veten haqqinda bayati namiq qaraçuxurlu rus dilini öyrənək 2 ci dərs sağlıq