Həkimdən həyəcan təbili: Alkoqol və enerji içkiləri bu xəstələrin sayını artırıb
Təəssüflər olsun ki, gənclərimiz arasında alkoqol və enerji içkilərindən istifadə aşırı dərəcədə çoxdur. Bu isə nəinki qaraciyərin, hətta bütün orqanizmin məhv olmasına və orqan çatışmazlığına gətirib çıxarır.
Xanim.az xəbər verir ki, bunu ARB24-ün "Gündəm" verilişinə açıqlamasında həkim Mircəlal Kazımi deyib. O bildirib ki, ölkədə alkoqoldan əziyyət çəkən və bununla əlaqədar qaraciyər sirrozu olan kifayət qədər insan var:
"Bütün dünyada orqan çatışmazlığından əziyyət çəkən şəxslərin sayı çoxdur. Bu inkişafa bağlı məsələdir. Çünki elm inkişaf etdikcə insanların xəstəliklərinin ortaya çıxma, aşkarlanma ehtimalı daha yüksək olur. Buna görə də bütün dünyada orqan çatışmazlığından əziyyət çəkənlərin sayı artmağa doğru gedir. Mütəmadi olaraq müayinə olmaq, lazımi mütəxəssislərə və mərkəzlərə zamanında müraciət etmək bu xəstəliyin qarşısını almaqda yardımçıdır. Dünyada aparılan araşdırmalar göstərir ki, Qərbdə yaşayanlarda qaraciyər çatışmazlığı alkoqola bağlıdırsa, Şərqdə daha çox bu, hepatitlə əlaqədardır. Təbii ki, burada qidaların da rolu var. Düşünməzdim ki, ölkəmizdə alkoqoldan əziyyət çəkib qaraciyər sirrozu olan bu qədər xəstə var. Bu, ciddi problemdir".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi