Həkimdən SOS: Xəstəliklərlə mübarizə çətinləşir!
Sağlamlıq şahın başındakı tac kimidir. Sadəcə bu tacı yalnız xəstələr görür. İnsan sağlamlığını itirənədək onun qiymətini dərk etmir. Müəyyən yaşdan sonra xəstəliklərlə mübarizə çətinləşir. İndidən tədbir görmək lazımdır. Fikrimcə, başınızdakı o görünməz tacı qoruyub saxlamaq üçün əsas qaydalara riayət etməlisiniz.
Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Sağlamlıq barədə tez-tez vacib məsləhətlər paylaşan həkim gigiyenanın əhəmiyyətindən söz açıb:
1. Təmizlik. Olduqca vacibdir. Evinizin, iş otağınızın təmiz olması, vaxtında havalandırılması lazımdır.
Hər gün çimin. Dişləri gündə 2 dəfə yuyun. Dırnaq saxlamayın. Əllərinizi tez-tez sabunla yuyun. Təkcə koronavirusa görə yox, yadda saxlayın ki, infeksion xəstəliklərin 90 faizi əllə keçə bilir.
2. Zərərli vərdişləri vaxtında tərgidin. Ağır xəstəlik tapandan sonra gec olacaq və əvvəlki normal həyata qayıtmaq ulduz kimi əlçatmaz görünə bilər. Bütün günü siqaret çəkənlər, sağlam olmaq istəyirsinizsə, elə indi tərgidin.
3. Fiziki aktiv olun. İdman zalları açıq deyil? Liftə minməyin, piyada qalxın mərtəbələri. Həyət evində yaşayırsınızsa, mahnı qoyub oynayın, evdə rəqs öyrənin. Bu həm də stressinizi azaldar.
4. Əlinizə keçəni basıb yeməyin. Nəfsinizə stop eləməyi bacarın. Qidadan yox, gözəl geyimdən zövq alın. Qəşəng paltarların əyninizə gəlməsi üçün məcburən özünüzü fit saxlayacaqsınız.
Aytən Məftun









Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto