Həm özü, həm cəyirdəyi şəfalıdır

Həm özü, həm cəyirdəyi şəfalıdırMüxtəlif minerallar və vitaminlərlə zəngin olan üzümün insan sağlamlığındakı rolunu yəqin ki, geniş izah etməyə ehtiyac yoxdur.Üzüm təkcə fiziki əməklə məşğul olanlar üçün yox, zehni əməklə məşğul olanlar üçün də faydalıdır. İmmunitet sisteminin möhkəmlənməsi, böyrək və qaraciyərin fəaliyyətinin yaxşılaşması və qanazlığının müalicəsində üzümün rolu böyükdür. Bundan başqa, üzüm qanın təmizlənməsində və orqanizmdə yığılan zərərli maddələrin xaric edilməsində də böyük rol oynayır.Üzüm həmçinin ürək-damar sisteminin fəaliyyətini nizamlayır.Bu şəfa mənbəyi tərkibindəki resveratrol birləşməsi sayəsində orqanizmin xərçəngə qarşı müqavimətini artırır.
Üzüm özü şəfa mənbəyi olduğu kimi, çəyirdəyi də şəfa mənbəyidir. Üzüm çəyirdəyinin tərkibində katexin, epikatexin və prosianidin kimi müxtəlif təbii antioksidant birləşmələri mövcuddur. Antioksidantlar isə orqanizmdəki zərərli oksidantları (bunu başqa cür sərbəst radikallar da adlandırırlar) neytrallaşdıran çox mühüm müdafiə molekullarıdır. Üzüm çəyirdəyində kifayət qədər olan bu birləşmələr immunitet sistemini möhkəmləndirir, xərçəng toxumalarının və xəstəlik yayan bakteriyaların əmələ gəlməsinin qarşısını alır. Digər tərəfdən, üzüm çəyirdəyində olan antioksidantlar C vitaminində olan antioksidantlardan 20 dəfə çoxdur.
Kliniki araşdırmalar üzüm çəyirdəyinin bəzi göz və dəri xəstəliklərinin müalicəsində də gözəl nəticələr verdiyini göstərir. Üzüm çəyirdəyinin üstünlüklərindən biri də qocalıq və xəstəlik nəticəsində zəifləyən qan damarlarının divarlarını möhkəmləndirməsidir. Bundan əlavə, qan damarlarında varikoz genişlənməsinin də qarşısını alır. Üzüm çəyirdəyi qan damarlarını qoruduğu üçün infarkt ehtimalını da azaldır. Müsbət xolesterol miqdarını artırır. Damar çatışmasını aradan qaldırması və damarları elastikləşdirməsi baxımından da faydalıdır. Diş ətində qanama problemi olanlar üçün də məsləhətlidir. Üzüm çəyirdəyinin saçlara faydası da inkaredilməzdir. Belə ki, üzüm çəyirdəyi ilə bağlı aparılan son araşdırmalar onun saç hüceyrələrini artırdığını, orqanizmdə histamin ifrazının və "saman zökəmi" deyilən allergik reaksiyanın qarşısını aldığını göstərir. Üzüm çəyirdəyi həmçinin C vitamininin təsirini artıran vasitə kimi də çox məşhurdur.

Sağlamlıq     Baxılıb: 1974   Tarix: 16 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

turlar.az

kosmetika mehsullari qaşların formalari hamilelikde qidalanma hamilə qadın dişlər qrip haqqında autizm xesteliyi kosmetika yuxuda qara ilan gormek novruz bayrami vətənə aid hakista sozler qızlıq pərdəsi