Hıçqırırsınız? Çarəsi bu yazıda

Hıçqırırsınız? Çarəsi bu yazıdaHıçqırıq bəzi xəstəliklərdən xəbər verir

Bir çoxumuz gün ərzində qəfildən hıçqırmağa başlaya bilərik. Bəzən nəfəsimizi tutaraq, bəzən də su içməklə bunun qarşısını almağa çalışırıq. Hətta bəzi insanlar "Nəsə oğurlamısan?!", - deyərək hıçqırığı bununla əlaqələndirib səbəbsiz hesab edirlər. Demə, hıçqırıq beyin və ürəkdə rastlana biləcək bir xəstəlikdən xəbər verir.

Çox yemək, həddən artıq alkoqol qəbul etmək və siqaret hıçqırığa səbəb olur. Hıçqırıq diafraqma əzələlərinin sıxılması zamanı səs tellərinin yerləşdiyi qırtlaq borusunun anidən bağlanmasıyla nəticələnir. Dəqiqədə 10-30 dəfə təkrarlanan bu hıçqırıq yalnız diafraqma əzələsində deyil, qabırğalar arasındakı əzələlərdə də sıxılmalara səbəb olur.

Hıçqırıq bəzi hallarda qısa sürən və zərərsiz haldır.

Balaca uşaqlarda, çox yemək yeyərkən hava udan insanlarda bu hal daha çox rastlanır. İnsanlarda həddən çox gülmək, qidalanmaq, siqaret və içki içmək, isteriya və hava udma kimi problemlərə bağlı olmayan hıçqırığa da rast gəlmək olar.

Sinir sistemi və mədə ilə bağlı narahatlığı gözdən qaçırmayın.

Bəzən günlərlə, həftələrlə davam edə bilən hıçqırıq xəstəni narahat edib ciddi sağlıq problemilə nəticələnə bilər. Uzun müddət davam edən hıçqırıq insanın yemək yeməsinə, danışmasına, yuxusuna mane ola bilər. Hıçqırığın mədədən tutmuş, sinir sistemi narahatlığına qədər çox səbəbi ola bilər. Hıçqırıq miningit, beyin daxili qanaxma, beyin şişi və beyin yaşlılığı ilə bağlı mərkəzi sinir sisteminin bəzi xəstəliklərinə bir işarə ola bilər.

Hıçqırıq ürəkdə baş verən nəyəsə bir işarə ola bilər.

Hər iki ağciyər arasında yerləşən və içində ürək yerləşən hissəyə "mediasten" deyilir. Həmin nahiyənin xəstəliyi zamanı hıçqırıq baş verə bilər. Ağciyər pərdələri arasında maye yığılması da hıçqırığa səbəb ola bilər. Diafraqma əzələsinin yırtıqları, qaraciyər şişi, mədə xərçəngi, bağırsaq tıxanlığı, kəskin pankratit xəstəliklərində də hıçqırtı baş verir.

Hıçqırığın qarşısını necə alaq ?

Nəfəsi bacardığnız qədər tutub saxlayın.
Buzlu su, limon suyu və ya sirkə içməklə qırtlaqdakı spazma həll oluna bilər.
Buruna burunotu və qarabibər sürtərək asqırdıqdan sonra diafraqma yeni normal fəaliyyətinə davam edəcək.
2-3 ədəd qənd, ya da duz yemək faydalıdır.
Ac qarına 1-2 ədəd qərənfil çeynəmək xüsusən yaşlılarda təsirlidir.
Yemək yeyərkən tələsmək və danışmaq olmaz. Danışırsınızsa, yavaş danışın.
İçkilər içki şüşəsindən içilməməlidir.
Ac qarına siaqaret çəkilməməlidir. -
Həddən çox gülmək olmaz.

Hıçqırıq keçməsə bəzi dərmanlardan istifadə edə bilərsiniz. Eyni zamanda boyundakı karotis damara edilən masaj hıçqırığa qarşı faydalı ola bilər.

Sağlamlıq     Baxılıb: 1584   Tarix: 25 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

turlar.az

kosmetoloq reseptler qis geyimləri 2026 soz ehtiyati artirmaq vətənə aid bayatılar haqista hamiləlik və doğuş kosmetika oglaq englishdilində qulaq vətən haqqında atalar sözləri kökəlmək üçün 8 mart