İbrətamiz Sözlər
Bekarçılıq – uşaqların xoşbəxtliyi və qocaların bədbəxtliyidir.
*Yuxusuzluq – bu gecənin insan üzərindəki zorakılığıdır.
*Utanmazlıq bəzən ayıbı gizlədir.
*Bizim xəyallarımız bizə ən uyğun olanıdır. Hər bir xəyal öz xüsusiyyətlərinə uyğun olaraq tərtib edilir.
*Böyük təhlükələrin öz gözəlliyi var: O tanış olmayan insanlara qardaşlıq həyatı verir.
*Dahi insanlar nadir hallarda təklikdə görünür.
*Həyatda ən uca şey xoşbəxtlikdir – bu bizim sevildiyimizin əminliyidir, bizi necə varıq elə sevilirik və ya baxmayaraq ki biz beləyik , biz sevilirik.
*İnsanın daxilindəki yaxşılıq – bu günəşdir.
*Bir-birinizi hər zaman ürəkdən sevin. Dünyada demək olar ki, sevgidən başqa bir şey yoxdur.
*Diplomat sizə hər şey verər, öz hisslərindən başqa.
*Dünya qüvvələrindən daha böyük qüvvə vardır: O Vaxtı gəlmiş ideyadır.
*Qurbağa başqa bir qurbağanı dünyaya gətirərək əsər yaradır. Siz şübhə edirsiniz ? Sizdə eynisini etməyə çalışın.
*Həyat – mahnıdır. Nəqarəti isə – ölüm.
*Həyat – güldür. Sevgi – nektar.
*Məntiq heç bir mərhəmət bilmir.
*Susmaq – insanın bütün dərdlərini özündə sınayan ruhun sığıntısıdır.
*Qadınlara hərdən itaət etmək lazımdır ki,onun üzərində hökmranlıq edəsən.
*Bizim hərəkətlərimiz bizi ən uca göylərə qaldırar və eyni zamanda endirə bilər.
*Cəhalət (biliksizlik) – bu alaqaranlıqdır, orada pislik axtarılır.
*Qadına heç vaxt onun çətin başa düçəcəyi sözü demək lazım deyil. Çünki o, bu haqda fikirləşəcək və onun fikri nadir
olmayan hallarda səhv yönə olacaq.
*Mənəviyyat – çiçəkli bir haqqdır.
*Cəmiyyət iki qrup insanları sevmir: Ona qarşı çıxanları və Onu müdafiə edənləri.
*Bir gün mən küçədə kasıb sevən gördüm. Onun üzərində köhnə papaq və dirsəkləri yeyilmiş palto vardı lakin, onun qəlbində
ulduzlar parıldayırdı.
*Qorxu üzərində qələbə bizə güc verir.
*Məhşurluq – bu şöhrət dəyişdirilən qəpik kimidir.
*Gülüş – bu günəşdir, o İnsan üzündən qışı qovur.
*Gələcəyin bir neçə adı var. Zəif insan üçün gələcəyin adı – mümkünsüzlükdür. Qorxq insan üçün – naməlumluq. Düşüncəli insan üçün – ideal.
*İnsanda bir zülmkarlıq var – cəhalət.
Aristokratlar qadınların təhqir bildiyi bir şey – qocalıqla fəxr edir. Onlar hər ikisi cavan qalmaq illüziyasını yaşayır.
- Ən çox fantaziyalarımız bizə bənzəyir. Hər kəsin arzusu onun naturasına uyğun biçilib.
- Xalqın böyüklüyü onun sayı ilə ölçülmür, necə ki, insanın böyüklüyü onun böyu ilə ölçülməz. Yeganə ölçü vahidi əqli inkişaf və
mənəvi səviyyə ola bilər.
- Camaatı teatrda cəlb eləməyin iki yolu var: dahilik və həqiqilik vasitəsiylə. Dahilik kütlələri, həyatilik isə ayrı-ayır adamları cəlb eləyir.
- Nadanlıq çalasının üstünü örtsəz cinayətlərin də kökünü kəsmiş olarsız.
- Sevgidə insana həmişə nəsə çatışmır. Xoşbəxt olanda cənnət istəyir, cənnətdə olanda açıq səma arzulayır. Sevənlər, bütün
bunları sevginizdə tapmağı öyrənin!
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür