İçi doldurulmuş toyuq plov

İçi doldurulmuş toyuq plovƏrzaqlar:İçi doldurulmuş toyuq plov

1 ədəd 1,5 kq –lıq toyuq

4 st uzun düyü

3 x.q əridilmiş kərə yağı

3 ədəd baş soğan

300q şabalıd

1/2 st kişmiş

8-10 ədəd qaysı

1 x.q nar turşusu (ya da təzə nar suyu)

1 ç.q zəfəran

Ç.q uçunda cirə

Duz

Istiot

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta

Hazırlanması:

Əvvəlcə düyünü 5-6 dəfə yuduqdan sonra suya qoyuruq.

Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.

Toyuğu yuyub təmizlədikdən sonra duzlu suda yarıhazır veziyyətdə bişiririk.

İçi doldurulmuş toyuq plovSoğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.

İçi doldurulmuş toyuq plovDoğranmış soğanın üstünə duz və yağ əlavə edib qızılı rəngdə olana qədər qovururuq.

İçi doldurulmuş toyuq plovKişmişi təmizləyib yuyuruq. Qaysını da təmizləyib yuyub dört bölürük. Şabalıdı təmizləyirik. Şabalıd, kişmiş, qaysı, turşu,duz, istiot və qovrulmuş soğanı qarışdırırıq.

İçi doldurulmuş toyuq plovQarışığı toyuğun içinə yığırıq. (Artıq qalan içliyi düyünü tökdükdə yanına yığa bilərsiniz.) (İstəsəniz ip vasitəsi ilə tikə bilərsiniz.)

İçi doldurulmuş toyuq plovToyuğun üstünə zəfəran suyu vururuq.

İçi doldurulmuş toyuq plovAdi qaydada düyünü bişirib süzürük. Süzülmüş düyünün üstünə zəfəranlı su tökürük.

İçi doldurulmuş toyuq plovQazana az yağ töküb qızdırırıq.

İçi doldurulmuş toyuq plovQatıq ilə yumurtanı qarışdırırıq. Düyüdən də tökürük qatığı da əlavə edib qarışdırırıq. Bir sm qalınlıqda yayırıq.

İçi doldurulmuş toyuq plovÜstünə az düyü töküb toyuğu qoyuruq.

İçi doldurulmuş toyuq plovQalan düyünü də üstünə tökürük. Cirəni səpib, yağ əlavə edib dəm almağa qoyuruq. Plov 1 saata dəm alacaq.

İçi doldurulmuş toyuq plovPlovu süfrəyə verdikdə buluda düyünü çəkib toyuğu ortasına qoyub yanına qazmaq qoyuruq. Qaynar yağ əlavə edirik.

İçi doldurulmuş toyuq plovNuş olsun!

Mətbəx     Baxılıb: 4920   Tarix: 07 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ev şəraitində pendirin hazırlanma qaydası

Lazım olan məhsullar:. 3 litir süd. 300 qram xama. 2 ədəd yumurta. 1 yemək qaşığı duz. Qeyd edək ki, bu reseptlə 600 qram pendir hazırlanır. Hazırlanma qaydasını videoda izləyin. Nuş olsun!

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

.

Ənənəvi bolognese və parmigiano ilə Tagliatelle Salumeri aşbazın resepti Casale Luciano

Tərkibi (xidmət başına. Tagliatelle pastası (sarı) - 100 q. Bolonya sousu - 150 qr. Kərə yağı - 20 q. Əlavə zeytun yağı - 10 q. Parmesan pendir - 10 q. Yeməli duz - 0,2 q. Qara bibər qarğıdalı - 1 q. Toyuq suyu - 150 ml

.

Yumurtalı ət ruleti (foto resept)

Tərkibi:. Farş- 500 q. Soğan- 1 ədəd. Sarımsaq- 1 diş. "Best cow" kərə yağı- 50 q. Şüyüd- 1 dəstə. Yumurta- 3 ədəd. Duz-istiot. Hazırlanması:. Soğanı xırda-xırda doğrayıb kərə yağında ızarana qədər bişiririk. Soğanı

.

Özünü müalicə: Tərəvəzli şorba resepti

maddələr. Baharatlı Tərəvəz Şorbası Resepti üçün Tərkibi. 4. yemək qaşığı. Günəbaxan yağı. bir. nömrə. soğan. 2 -ci. nömrə. yerkökü. bir. nömrə. qırmızı bolqar bibəri. bir. nömrə. kərəviz sapı. bir. nömrə. kabak. 2 -ci. filial

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Keçi pendirli armud salatı

Lazım olan ərzaqlar. 50 qr keçi pendiri. 2 ədəd armud. 2 dəstə kahı. 2-3 xörək qaşığı xırdalanmış qoz. 2 çay qaşığı bal. 1 xörək qaşığı zeytun yağı. Limon şirəsi. Hazırlanması :. İlk əvvəl qrmudu fal-fal doğrayın. Zeytu

.

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilə

turlar.az

yay geyimləri 2026 adlarin menasi geymler 2026 aybasi ucun derman vaginal təmizlik duxovkada toyuq qizartmasi qara qarağat kosmetika qiz evi ucun hesaplama faydalı məsləhətlər rus dilini oyrenek 2ci ders haxışda