İlk gözəllik salonu necə yaranıb?

İlk gözəllik salonu necə yaranıb?İndiki dövrümüzdə bütün dünyada gözəllik salonları çoxluq təşkil edir və günbəgün də artmaqdadır. Müasir dövrdə elə adam tapılmaz ki, bu salonların xidmətindən istifadə etməmiş olsun.

Çoxumuz elə bilirik ki, bu gözəllik salonları ilk dəfə dəblər mərkəzi sayılan Avropada istifadəyə verilmişdir. Amma bu heç də belə deyil. Qeyd etmək lazımdır ki, ilk gözəllik salonu Avropada deyil, uzaq Avstraliyada- Melburnda yaradılmışdır. Bu salon ilk fəaliyyətinə bir banka üz kremi ilə başlamışdır...

XIX əsrin sonlarında əslən Polşanın Krakov şəhərindən olan Tibb Universitetinin tələbəsi olmuş Yelena Rubinsteyn ölkəsini tərk edərək Avstraliyaya yollanır. Yola düşməzdən əvvəl anası özünə hədiyyə edilmiş bir banka üz kremini də qızının çantasına qoyur…

Yelena Melburna yola düşür. Melburna çatan kimi yerli əhalinin günəşdən yanıb bozarmış və codlaşmış saçları və üzləri onun diqqətini çəkir. Onun fikirinə anasının ona qoyduğu üz kremindən səmərəli istifadə etmək ideyası gəlir.

Yelena Melburnun mərkəzindəki restoranda ofisiant işləməyə başlayır. Restorana gələn müştərilərə, əsasən də, tanınmış, imkanlı qadınlara yeməklərlə bərabər özü ilə gətirdiyi üz kremini də təklif etməyə başlayır və onlara kremdən istifadə qaydalarını da başa salır.

Yelenanın "krem müştəriləri" o qədər çoxalır ki, o, Melburnun mərkəzində iri bir zalı icarəyə götürərək ayrıca bir gözəllik salonu açmaq qərarına gəlir. Belə olan halda, Yelena Polşadan Avstraliyaya böyük miqdarda krem sifariş edir. O, Melburnun mərkəzində "Yelena Rubinşteyn: Kosmetika salonu" adlı bir salon açır və fəaliyyətə başlayır. Müştərilərinin hədsiz dərəcədə çoxaldığını görən Yelena özünə gigiyena və massajdan başı çıxan iki işçı götürür və Sidney şəhərində özünün 2-ci salonunu açır.

İlk gözəllik salonu necə yaranıb?
XX əsrin əvvələrində Yelena Avropanın ən yaxşı məktəblərində və klinikalarında dermatologiyanın, plastik əməliyyatın, dietologiyanın, gigiyenanın, dişlərin ağardılması, bərbər sənətinin və s. sirlərinə dərindən yiyələnəndən sonra Avropanın bir çox yerlərində universal kosmetika salonları açmaq qərarına gəlir.

1908-ci ildə Yelena Londonda kosmetika salonu açır və salon çox tez bir müddətdə populyarlıq qazanır. Daha sonra o, Parisdə "Yelena Rubenşteyn" adlı bir universal kosmetika salonu açır. 1915-ci ildən başlayaraq, Yelenanın "kosmetika salonu" biznesi Yeni Dünyaya – Amerikaya da "ayaq açır." Nyu-Yorkda " Kosmetika sarayı" adlı salon fəaliyyətə başlayır. Bu salonun 1 saatı müştəriyə 17-18 dollara başa gəlirdi. 8 saatlıq seans 150 dollara idi. Həmin vaxtlarda bu məbləğ — böyük bir məbləğ idi. Burada kosmetik massaj, duş qəbulu, müalicəvi vannaların qəbulu, fiziki qimnastika (aerobika) xidmətləri göstərilirdi və sonda bərbərlər tərəfindən müştərilərin saçlarını son dəbdə düzəldərək yola salırdılar. Bu salonda bir dəfə olan hər kəs daimi müştəriyə çevrilirdi. Tez bir müddətdə populyarlaşan kosmetika salonu Amerikanın digər şəhərlərində də fəaliyyət göstərməyə başlayır. Yelena tezliklə Bostonda, Filadelfiyada, Çikaqoda, San-Fransiskoda, Vaşinqtonda da salonlar açır...

Yelena Rubinşteyn ömrünün sonunadək kosmetologiya sahəsində çox böyük işlər görmüş, kosmetologiyaya bir çox yeniliklər gətirmiş və böyük töhfələr vermişdir. Onun adını daşıyan "Helena Rubinşteyn" kremləri kosmetologiyada ən populyar kremlərdəndir... Avtraliyanın Melburn və Sidney şəhərlərində fəaliyyət göstərən kosmetika salonlarının əksəriyyəti Yelena Rubinşteynin adını daşıyır.

Gözəllik və Moda     Baxılıb: 2695   Tarix: 28 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

turlar.az

qadın geyimi yaz geyimleri 2026 makiyaj etmek qaydalari ayaqqabı və çanta qəlyanaltılar dirnaq ucun maska soz ehtiyati artirmaq kosmetika gözəllik əqrəb sac modelleri bürclər qardasa aid haxistalar