İnfeksiyalar ağız quruluğuna səbəb olur

İnfeksiyalar ağız quruluğuna səbəb olurİnfeksiyalar ağız quruluğuna səbəb olur.

Ağız quruluğuna qarşı bir çox müalicə üsulu var. Amma öncə ağız quruluğunun səbəblərini araşdıraq. Türkiyə mətbuatı xəbər verir ki, depressiya, ağrı, allergiya, qrip, köklük, sızanaq, epilepsiya, hipertoniya, diyareya, psixoloji pozğunluqlar, astma, Parkinson xəstəliyi kimi xəstəliklərdə istifadə edilən dərmanlar ağız quruluğuna səbəb olurlar. Bundan başqa, əzələ şişirdən və sakitləşdirici dərmanlar da ağız quruluğu yarada bilər.

Ağzın yuyulması, nəmləndirilməsi və yediklərimizin həzm edilməsi üçün tüpürcəyə ehtiyacımız var. Tüpürcək həmçinin ağız toxumalarını bakteriya və göbələklərin səbəb ola biləcəyi infeksiyalardan da qoruyur. Kifayət qədər tüpürcək ifraz olunmazsa, ağzımızı quru və narahat hiss edərik.

Ağız quruluğuna qarşı bir çox müalicə üsulu var. Amma öncə ağız quruluğunun səbəblərini araşdıraq. Türkiyə mətbuatı xəbər verir ki, depressiya, ağrı, allergiya, qrip, köklük, sızanaq, epilepsiya, hipertoniya, diyareya, psixoloji pozğunluqlar, astma, Parkinson xəstəliyi kimi xəstəliklərdə istifadə edilən dərmanlar ağız quruluğuna səbəb olurlar. Bundan başqa, əzələ şişirdən və sakitləşdirici dərmanlar da ağız quruluğu yarada bilər.

Bəzi xəstəliklər və ya infeksiyalar ağız quruluğuna səbəb ola bilər. Syorgen sindromu, HIV/QIÇS, Alzheymer, diabet, qanazlığı, kistlər fibroz, romatoid artirit, hipertoniya, Parkinson xəstəliyi, beyin qan sızması kimi narahatlıqlar bunlardan ən əhəmiyyətliləridir.

Bundan başqa, baş bölgəsinə tətbiq edilən radioterapiya və ya kimyaterapevtik dərmanlar tüpürcək vəzilərinə zərər verərək tüpürcək ifrazının pozulmasına səbəb ola bilər.

Travma və ya cərrahı əməliyyatlar zamanı bəzi üz sinirləri zərər görəndə də ağız quruluğu yaranır.

Yüksək atəş, həddən artıq tərləmə, işlətmə dərmanlar, qan itkisi, yanıqlar, qusma ağız quruluğuna səbəb olur.

Cərrahi yolla bəzi tüpürcək vəzilərinin alınması tüpürcək ifrazının azalmasına səbəb olaraq ağız quruluğu yaradır.

Siqaret çəkmək, narkotika qəbulu da ağız quruluğuna səbəb ola bilər. Bundan başqa, ağzımız açıqkən tez-tez ağızdan nəfəs alıb vermək də ağızın qurumasına səbəb olur.

Ağız quruluğunun simptomları hansılardır?

Dilin-dodağın bir-birinə yapışması;

Tez-tez susama;

Ağızda yanma hissi;

Dodaq kənarlarında çatlar;

Boğazda quruluq və yanma hissi;

Dildə yanma və tikan hissi;

Quru, qırmızı və parlaq dil görüntüsü;

Nitqdə problemlər;

Çeynəmə və udqunmaqda çətinliklər;

Pis ağız qoxusu.

Ağız quruluğu diş əti xəstəliklərinə, diş çürüklərinə, ağızda iltihablanmalara səbəb olur.

Ağız quruluğu necə müalicə edilir?

Əgər ağız quruluğuna səbəb olan amilin istifadə etdiyiniz dərmanlardan qaynaqlandığını düşünürsünüzsə, bunu dərmanı tövsiyə edən həkimlə dəqiqləşdirməlisiniz. Həkiminiz dərmanın dozasını dəyişə və ya başqa bir dərman məsləhət görə bilər.

Bundan başqa, qarqara ağız mühitinin ehtiyacı olan nəmliyi sizə verə bilər. Bu da təsirli olmasa, tüpürcək ifrazını artırıcı dərmanlar qəbul edə bilərsiniz.

Bütün bunlarla yanaşı tüpürcək ifrazını artırmağa yardımçı olaraq aşağıdakıları yoxlaya bilərsiniz:

Şəkərsiz saqqız çeynəmək;

İstehlak etdiyiniz suyun miqdarını artırmaq;

Floridli diş pastaları ilə dişlərinizi yumaq;

Mümkün olduqca ağızdan deyil, burundan nəfəs alıb verin;

Otaq nəmləndirici istifadə edin.

Gözəllik və Moda     Baxılıb: 14159   Tarix: 02 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

turlar.az

kosmetika mehsullari qaşların formalari qadin dunyasi fransiz qadinlari elme aid atalar sozleri yay donları 2026 maraqli sitatlar kosmetika sanama novruz bayramı vətən haqqında atalar sözləri vətənə aid atalar sözləri arxadan olmag