İnsanın nevroz, əsəbi olmasının səbəbkarı anasıdır - 2 yaşa kimi yol verilən səhvlər

İnsanın nevroz, əsəbi olmasının səbəbkarı anasıdır - 2 yaşa kimi yol verilən səhvlərİnsanın sinir sistemi 2 yaşına kimi möhkəmlənir, gələcəkdə insanın stresə qarşı dözümlülüyünün özülü bu yaşa qədər qoyulur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, beyinin təşvişlə bağlı proqramları, körpənin sinir sisteminin öz-özünü sakitləşdirmək vərdişi avtomatik daxili tənzimləyici ilə idarə olunur.
Ətrafda baş verənlərə qorxu hissi ilə yanaşmaq uşaq anadan olandan 2 yaşa kimi xarakterikdir. Hətta yerində yatanda belə uşaq birdən oyanıb, qorxub ağlaya bilər.
Soyuq, tək olmaq, ac qalmaq, səslər- uşağın qorxu hisslərini yaradır. Uşaq beyninə bu dünyanın təhlükəli olması proqramı yazılır. Bu proqramın yazılmaması üçün ananın üzərinə məsuliyyət düşür.
Uşaq yalnız anasının qucağında, onun təması, səsi ilə sakitləşə bilir. Ona görə ana uşağın hisslərinə köklənməlidir. O, uşağın sinir sisteminin möhkəm olması və stresə dözümlülükdə rol oynayan alın payının formalaşması üçün körpəni vaxtında və düzgün sakitləşdirməli, dünyaya rahat adaptasiya etdirməlidir.
Əgər siz stresə dözümlü, sakit, rahat insan görürsüzsə, bilin ki, onun həyatının ilk 2 ili uğurlu keçib. Onun hissləri düzgün formalaşıb, mühiti sakit olub, anası yaxınında olub və nəticədə parasimtapik sinir sistemi çox gözəl inkişaf edib.
Bəs ana nə etməlidir?
Körpə hər hansı səbəbdən diskomfort, qorxu hiss edib ağlayır və hər hansı siqnal verir. Bu zaman ana körpəyə yaxınlaşıb uşağı vurmaq, danlamaq, qışqırmaq, ağzını yummaq, əsəbi yelləmək və ya ağlayıb özü sakitləşəcəyini gözləyib, yaxın getməmək əvəzinə çox sakit, rahat, gülümsər sima ilə körpəyə yaxınlaşıb, onu qucağına alıb bədəni ilə qorumalı, uşağın emosiyalarını bölüşməli və xoş bir sözlə, musiqi, laylay və ya sadəcə səssiz toxunuşlarla, onu heç bir təhlükə gözləmədiyi siqnalını ötürməlidir.
Hər şey yaxşıdır, ana yanında, sən təhlükəsizlikdəsən, qorxulu heç nə yoxdur emosiyasını uşağa yükləməlidir. Bu zaman parasimpatik sinir sistemi sakitləşir, stress faktoru azalır və uşağın alın payı düzgün inkişaf edir. Belə uşaq böyüyəndə 10, 20, 30 yaşında belə stresli vəziyyətə düşəndə avtomatik bu sistem işə düşüb, təşviş və oyanıqlığı təcili yardım kimi söndürəcək.
Beləliklə, insanın təşvişli, qorxaq, həyəcanlı,nevroz olub-olmaması körpəlikdə müəyyən olunur, burda uşağın olduğu mühitin, ailənin və ananın rolu var.
Qədimdə qadınlar 2 yaşa kimi körpəni əkin-biçinə gedəndə belə kürəyinə bağlayar, onları 2 yaşa kimi əmizdirər və yatanda qucaqlarına sıxıb yatardılar. Ən doğru yol da budur.
Bu məqamlar böyüyən uşağın sinir sisteminin möhkəmlənməsi üçün vacibdir. Belə uşaqlar dünyada daha əmin əldə olduqlarını şüuraltına yazır, əsəbləri möhkəm olur, böyüyəndə hər xırda şeydən qorxmur, əsəbləşmir, nevroz olmurlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1048   Tarix: 18 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

donlar 2026 kosmetik vasiteler geymler 2026 sarmisaqin faydasi sağlam ol qiz usagini acmaq kabablar kosmetika dostluq hekaye janri brusell bakteriyası naz mila sekis