İrmik halvası
Ərzaqlar:
1 st irmik (mannı)
100 q kərə yağı
1/2 st qoz ləpəsi
1/3 st kişmiş
Şərbət üçün:
4 st su
2 st şəkər tozu
1 ədəd limonun qabığı
2 ədəd mixək
1/4 ç.q darçın
Hazırlanması:
Qazana suyu, şəkər tozunu, mixəyi, darçını və limonun qabığını töküb qarışdırıb odun üstünə qoyuruq. Dayanmadan qarışdırırıq.
Şərbət qaynamağa başlayanda 3-5 dəqiqə də qaynadıb götürürük. İçindəkiləri götürürük.
Kişmişi yuyub quruduruq. Qozu xırda doğrayırıq.
Kərə yağını tavaya töküb əridirik.
Ərimiş yağa irmiyi və doğradığımız qoz ləpəsini əlavə edib dayanmadan qovururuq.
Qızılı rəngdə olanda kişmişi də əlavə edib qarışdırırıq.
Qaynar şərbəti üstünə töküb dayanmadan qarışdırırıq.
Tamam qatılaşanda halvanı odun üstündən götürürük.
Ağzını qapaqla örtürük.
10-15 dəqiqədən sonra qablara yığıb zövqə görə bəzəyib süfrəyə verə bilərsiniz.
Nuş olsun!









Hakışta
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun