Karantin dövründə göz xəstəliklərindən əziyyət çəkənlərin DİQQƏTİNƏ: Ehtiyatlı olun!

Karantin dövründə göz xəstəliklərindən əziyyət çəkənlərin DİQQƏTİNƏ: Ehtiyatlı olun!Göz xəstəliklərində ən çox əziyyət çəkənlər şəkər xəstələridir.
xəbər verir ki, xüsusilə yaşlı və şəkəri olan insanlar üçün koronavirus olduqca təhlükəlidir. Doktorlar- Şahin Novruzlu və Rəhimə Poluxova görə ani görmə qabiliyyətinin itirilməsindən başqa, digər hallarda şəkər xəstələri xəstəxanaya müraciət etməkdən qaçınmalıdırlar. Gözdaxili iynə və lazer müalicələri davam edən xəstələr də karantin rejiminin bitməsini gözləməlidirlər. Bu dövrdə qan şəkərini tənzimləməklə, gözdəki problemlərin artmasını əngəlləyə bilərlər. Həkimlər kataraktadan əziyyət çəkənlərin gözlərində ani pisləşmə olmadığı müddətcə müayinə və əməliyyatları karantin rejimindən sonra həyata keçirməklərini tövsiyə ediblər:
"Gözlərində axıntı, kirlənmə, sulanma, yanma, batma, göz qapaqlarında və gözətrafı toxumalarda şişkinlik əmələ gələn insanlar isə göz həkimi ilə telefon və ya sosial şəbəkələr vasitəsilə əlaqə yaratmalıdırlar. Təcili sayılan göz xəstəlikləri zamanı (göz almasının travmaları, gözə kimyəvi maddələrin düşməsi, görmə qabiliyyətinin ani və ya qısa zamanda itməsi, ani yaranmış çəpgözlük, göz hərəkətlərində məhdudiyyət, əşyaları iki görmə, göz qapaqlarında ani düşüklüyün əmələ gəlməsi, sinir iflici əlamətlərinin yaranması) isə xəstəxanaya müraciət mütləqdir. Yaxın zamanda və ya uzun müddət öncə hər hansı bir göz əməliyyatı keçirən pasientlərdə hər hansı bir şikayət olarsa, göz həkimi ilə əlaqə yaratmalı, şikayətin ciddiliyinə görə həkim müayinəyə qərar verməlidir".
Həkimlərin sözlərinə görə qlaukoma, yəni qara su xəstəliyindən əziyyət çəkənlər istifadə etdikləri damcılara eyni qaydada davam etməlidirlər. Uveit xəstələri, özəlliklə immunsupressiv müalicə alanlar (prednol, metipted, imuran, sandimum, metotreksat) koronavirusdan ciddi qorunmalıdırlar və həkimləri ilə əlaqə saxlayıb müalicələrində dəyişikliklər barədə məsləhət almalıdırlar. Çünki sadalanan dərmanlar immun sistemini daha da zəiflədir və virusa yoluxma baş verərsə, ağır nəticələr qaçınılmaz hal ala bilər. Eynəkdən istifadə edənlər isə karantin müddətində nə etməlidirlər?
Eynəkdən istifadə edənlərin karantin dövründə görmə qabiliyyətlərində az bir dəyişiklik olsa da belə, əvvəlki eynəklərini taxmaqları məsləhət görülür. Belə ki, Şahin Novruzlu və Rəhimə Poluxova görə eynək istifadə edən uşaqlar, istərsə də böyüklər eynək müayinə vaxtı çatsa vəya görmə qabiliyyətlərində az bir pisləşmə olsa belə, əvvəlki eynəklərini taxmağa davam etməlidirlər:
"Eynək sınarsa və ya görməyə əngəl törədəcək dərəcədə cızılarsa, son eynək resepti ilə eyni eynək almaları tövsiyə edilir. Göz təmasını minimuma endirmək, optik və kosmetik kontakt linza istifadə edənlər kontakt linza istifadəsinə ara verməlidirlər, çünki koronavirus göz təması ilə də yoluxa bilir. Göz tənbəlliyi və çəpgözlükdən əziyyət çəkən uşaqlar isə eynək və qapama müalicələrinə davam etməlidirlər".
Bununla yanaşı, həkimlər bildiriblər ki, göz allergiyası olanlar isə şikayətləri (qaşınma, qızarıqlıq, sulanma) artarsa, əvvəlki müalicə reseptlərinə uyğun damcı alıb istifadə edə bilərlər. Quru göz sindromu olanların isə suni göz yaşı damcılarından istifadə etmələri tövsiyə edilir. /publika.az

Sağlamlıq     Baxılıb: 2564   Tarix: 14 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

turlar.az

qis geyimləri 2026 geyim və ayaqqabılar geyim necə seçməli doğuş sonrası seks intim haqda həkim məsləhəti illik bürclər kosmetika qurd ve quzu veten zehmet ve zinet sac duzumleri nizami gencevi