Kəsmikli piroq heyva ilə. Çox dadlıdır!

Kəsmikli piroq heyva ilə. Çox dadlıdır!Bu piroq çox dadlı və zərif alınır.
Lazım olan məhsullar:
Un - 2,5 stəkan
Kərə yağı - 200 qr
Şəkər tozu - 1,5 stəkan
Qabartma tozu - 1 çay qaşığı
Kəsmik - 500 qr
Yumurta - 2 dənə (orta ölçüdə)
Vanilin - 1 çay qaşığı
Duz - 1 çimdik
Hazırlanması
1. Yağı kiçik tikələrə doğrayın və əllərinizlə unla və 1/2 stəkan şəkər tozu ilə qarışdırın (ovuntu kimi alınmalıdır). Duz və qabartma tozu əlavə edin və yenə yaxşı qarışdırın.
2. Heyvanı yuyun, 4 hissəyə bölün, ortasını kəsin və ətçəkən maşınından keçirin (qabığı soyulmur).
3. Kəsmiyi ələkdən sıxıb, yumurta, qalan şəkər tozu və vanilinlə yaxşı qarışdırın.
4. Formaya perqament kağızı sərin, kağıza kərə yağı çəkin.
5. Formanın dibinə xəmirin yarısını tökün.
6. Xəmirin üzərinə əvvəl kəsmikli içlik, sonra isə heyvanı qoyun və səliqə ilə yayın.
7. Üzərinə qalan xəmiri tökün.
8. Piroqu əvvəlcədən 180 C kimi qızdırılmış sobada 35-40 dəqiqə ərzində bişirin.
9. Piroq bir qədər soyuyandan sonra üzərinə şəkər kirşanı səpin.
Nuş olsun!

Saglamolun.Az

Mətbəx     Baxılıb: 3309   Tarix: 03 aprel 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Çox şık, çox məmnun: Kremli toyuq resepti

Kremli toyuq resepti üçün maddələr. Toyuq üçün:. 3. nömrə. toyuq budu. 5. yemək qaşığı. zeytun yağı. 2 -ci. diş. sarımsaq. bir. çay qaşığı. quru kəklikotu. bir. desert qaşığı. limon qabığı. bir. desert qaşığı. duz. bir. ça

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

ƏTLİ NOXUDLU SOUS, İSTİ YEMEK RESEPTLERİ

Resept. 250 q. ət,. 1 xörək qaşığı yumuru düyü,. 1 xörək qaşığı tamat,. Yarım stəkan noxud,. 2 ədəd soğan,. 2 ədəd kartof. Sarıkök,. 1 diş sarımsaq,. 1 xörək qaşığı un,. 4-5 xörək qaşığı su,. Qırmızı bibər tozu,. Ət otu,

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Əsl kəllə-paça RESEPTİ

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin. Ərzaqlar:. - 2 ədəd mal (dana) ayağı. - su. - baş soğan. - duz. - yumr

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

turlar.az

gelinlikler geymler 2026 həkim məsləhəti dünya mətbəxi cavanlaşdırıcı maskalar qadin dunyasi 2026 tərəvəzlər kosmetika bürclər uşaq şeirləri xlor lekesi faydalı məsləhətlər lakonizm