Kiçik yaşlı uşağın psixologiyası-ƏTRAFLI

Kiçik yaşlı uşağın psixologiyası-ƏTRAFLIKiçik yaşlı uşağın psixologiyasını öyrənmək hər bir valideyin üçün vacib amildir.

2 – 3 yaşlı uşaq müstəqillik qazanmış , fərqli yerlərə(bağça kimi) artıq ayaq açmışdır.
Yeməyini özü yeyir,bəzi geymlərini özü geyinib soyuna bilir.
Sevdiyi adamı və əşyalarını heç kimlə paylaşmaq istəməz.
Nə qədər müstəqil yaşamaq istəsə də asanlıqla yaxınlarından ayrılmaq istəməz.
Bu da sadəcə olaraq yeniyetməlik sindromu kimidir.
Öz-özünə oyun oynamaq istəyər, bu zaman fikri ancaq oyuncaqlarına yönlənmiş olur.
Ətrafındakı uşaqlara çox az vaxt ayırıb onlarla oynayar.
İnsanlar onun üçün maraqlı deyildir, amma yaxınında olmaqları da son dərəcə önəmlidir.
Sevincini və həyəcanını bir an içərisində bəyan edər.
Bununla bərabər hirsini də şıltaqlığını da əksik etməz.
İnadçıdırlar.
Her şeyə qarşı gəlirlər, durmadan dincəmədən "xeyir" deyirlər.
Valideyinləri bu vaxta qədər intizamlı olan bu uşaqlarla artıq nəzarət edə bilmədiklərini hiss edirlər.
Ən şıltaq dövürləridir bu dövürlər və onlar heç bir qayda-qanuna əməl etmək istəmirlər.
Sevdikləri daima yanında olmalı, istəkləri isə əsla gecikdirilməməlidir.
Əgər gecikdirmiş olarsa böyük bir səs -küy yaradarlar.
2-3 yaş dövrü uşaqlar üçün başqa, valideyinlər üçün isə ayrı bir qaygı mərkəzi yaranır.
Bu uşaqlar 2-3 yaşlarına qədər ata -ana, nənə babalarını və digər insanları da ətraflarında görürdülər.
Bu insanlara qarşı onlarda sədaqət, bağlılıq yaransada, bəzilərinə qarşı isə ögeylik münasibətində olurlar.
2 yaşından sonra bağçaya getmək, ya da daha çox sosiallaşması üçün parka götürülən uşaq sosiallaşmanın ilk addımlarını atır.
Bu dövürdə uşaqların tez-tez qarşılaşdığı problemlər isə ayrılma qayğsıdır.
Dünyanın öz ətrafında olan sevdiklərindən ibarət olduğunu izah edən uşaqlar ətraf aləmə açılmağa olduqca zorlanırlar.
Ailə içində çox sevilir, bir dediyi iki edilmir, hələ də hər kəs onun ətrafında dolanırsa və elə də yaxınları onun ətrafında dolanırsa uşağın keyfinə dəyməyin.
Nə üçün o alışmadığı qayda-qanuna əməl etməlidir? Nədən o alışmadığı qayda-qanunlarla dolu olan bağçada fəaliyyətə başlasın? Tanımadığı uşaqlarla oynamaq zorunda qalsın ki!
Yeməkləri televizor qarşısında oturub yeməli olduğu halda, niyə bağçada uşaqlarla bərabər yesin?
Evdən və yaxınlarından ayrılmaq istəməzlər.
Başqa mühitdə və başqa insanlarla münasibət qura bilməzlər və davamlı ağlaya bilərlər.
"Qucağına al "sindiromu (Kiçik yaşlı uşağın psixologiyası)

Evdə hər yeri qurcalayan, qarışdıran, sanki bir motor taxmış kimi ora-buraya qaçan uşaq bayıra çıxan kimi "ana məni qucağına al" deyə mızıldanıb ağlamağa başlayır.
Bütün şirinliyi ilə, məsumluğuyla sizə sarılırlar.
Bu vəziyyət uşağın özünü ətraf aləmin bir çox təhlükələrindən, bir çox insanlardan qorunma çabasıdır.
Ana qucağına aldığında, qorunmuş olacaqlarını və hər növ zorluqların qarşısını ala biləcək deyə düşünürlər.
Daha qapıdan çıxmadan ayaqlarına sarılmağa başlayırlar.
Buna "məni qucağına al sindiromu" deyirlər.
Üstəlik keyiflidir də!
Kim istəməz ki, xarci aləmin təhlükələrindən qorunmağı.
Həm də alışmadıqları qarmaqarışıq həyatdan qorunmağı.
Onlara görə bəlkə də haqlıdırlar və bunun da keyfini çıxartmaq üçün əllərindən gələni əsirgəmirlər.
özlərini yerə atmaq ən vacib metodlardan biridir. Diqqət çəkici bir şəkildə bağırmaq da olduqça təsirlidir! Amma ən gözəli, çəkişdirərək ata ananı usandırmaqdır və uşaqlar bu mövzuda olduqca başarıqlıdırlar.
Yanlış zamanda rədd etmək özünə güvəni sarsıda bilər! (Kiçik yaşlı uşağın psixologiyası)

Uşaqlar bayırda və yaxud qonaqlıqda olanda tamamən başqalaşırlar.
Heç olmadıqları qədər hərəkətli olurlar , yaxud da əksinə onlardan ilgi gözləyirlər .
Bəzən analar şikayətlənirlər də.
Neçə dəfə paltar asdım çəkdi dağıtdı.
Heç sözə qulaq asmır və s. kimi ifadələr işlədirlər.
Uşaq sizə bağırır.
Nədən bunu tərs başa düşürük.
Onları başa düşə bilmirik.
Dünyaya onların gözü ilə baxa bilmirik.
Bu dövrdəki uşaqların inadçılığı nə qədər ön planda olsa da, uşaqlar toxunulmağa və qorunmağa ehtiyac duyurlar.
Bu çox təbii bir istəkdir və hər uşaqda müşahidə edilər.
Uşaq qucağa alınmaq istədiyində, çox vaxt ana ataların bunu rədd etdiyini, getməsi lazım olduğunu, bəzən də qışqırdığını görürik.
Bu rədd edişi onları sakitləşdirməz və istəklərindən vaz keçirtməz.
Bu istə təbiidir və yerinə yetirilməsi də təbii və önəmlidir.
Rədd edilən uşaq: qorxaq, etibarı olmayan, ana atadan davamlı ayrılma qorxusu ilə yaşamağa başlayar.
Özünü müdafiəsiz və dəyərsiz hiss edər.
Qucağa alınan uşaq isə özünü güvəndə hiss edəcəkdir.
Ananın sevgisini hiss edərək ürkəkliyi azalacaqdır.
Ancaq burada diqqətə alınması önəmli nöqtə isə uşağın ehtiyaç duyaraq ata ananı qandırmaq və yaxud da istədiklərini yerinə yetirmə çabasını ayırd etmək lazımdır.
Bəzən qucağa alma çabasından da valideyin uşağı vaz keçirdə bilər.
Kiçik yaşlı uşağın psixologiyası ilə əlaqədar valideyinlərə tövsiyyələr

Qarşı alınmaz bir gerçək vardır ki, nə edilirsə edilsin bu dövrdə bəzi problemlər qarşımıza çıxacaq.
Əhəmiyyətli olan bunlarla necə başa çıxacağımızı bilməkdir.
Yanlış davranışlarla əgər bu dövrü pis atlatırsaq, bu dəfə də davranış problemləriylə məşğul olmaq məcburiyyətində qala bilərik. Alış veriş mərkəzində, küçədə ya da yoldaşınızın evində qucağınızdan enmək istəməyən uşağınızla əvvəl bir razılaşma edin: "Yaxşı qucağıma alıram amma yorulanda istirahət etmək lazım olacaq razılaşdıq mı?
Çünki artıq böyüyürsən və ağırlaşırsan.
Belim ağrıyar və xəstələnə bilərəm "deyilə bilər.
Bəzən əlinə kiçik bir paket verib, böyük bir vəzifə edirmiş havası yarada bilərsiniz.
Bunlar onsuz da müəyyən müddət ərzində düzənə salınacaqdır.
Bu şəkildə uşağın sizə istədiklərini etdirmə təzyiqi da ortadan qalxmış olacaqdır.
Bağırmaq, xeyir demək heç işə yaramayacaqdır.
Bəzən oyaladıqdan sonra hər şeyə xeyir deyən uşağınıza "yorulibsan gəl qucağıma" deməyi də unutmayın.

Ailə və Uşaq     Baxılıb: 1992   Tarix: 27 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

turlar.az

geyim necə seçməli geyim dəbləri yay geyimləri 2026 xeyanet zeytun yağının faydaları masaj gozlerin bezedilmesi kosmetika qadin.az namiq qaraçuxurlu gozellik qaynana şebnem tovuzlu