Kişilər çox vaxt qadına bağlanmaq üçün seksə ehtiyac duyur

Kişilər çox vaxt qadına bağlanmaq üçün seksə ehtiyac duyurKişilər çox vaxt qadına bağlanmaq üçün seksə ehtiyac duyur

Son illər ölkəmizdə boşanmaların sayı sürətlə artır. Bunda başqa faktorların rolu ola bilər. Ancaq ən böyük səbəb tərəflərin cinsi baxımdan bir-birlərini təmin edə bilməmələridir. Bu da təəccüblü hal deyil. Çünki Azərbaycanda seksə günah kimi yanaşma tərzi hələ də öz aktuallığını qoruyub saxlayır. Bu isə evlilikdə problemlərə, xəyanətlərə, psixoloji sarsıntılara, fərdlərin özlərini bədbəxt hiss etməklərinə gətirib çıxarır.

Cinsi baxımdan bir-birini təmin edə bilən cütlüklərin daha şəfqətli, anlayışlı və romantik olduqlarını bilirsinizmi? Araşdırmalar göstərir ki, evliliyin nə qədər davam etməsi birbaşa yataq otağındaki xoşbəxtlikdən keçir. Evliliyin təməli çox vaxt seksə və yataq otağına söykənir. Xoşbəxt evliliyin əsas şərti odur ki, cütlüyün cinsəl həyatı hər iki tərəf üçün ideal olsun.

Bəs buna nail olmaq üçün nə etmək lazımdır?

Yataq otağında xoşbəxt olmaq üçün hər şeydən əvvəl hər bir şəxs cinsi əlaqə zamanı istədiyini bilməli və seks zamanı əylənməkdən çəkinməməlidir. Çox təəssüf ki, hələ kiçik yaşlardan insanlara zövqlü, əyləncəli hər şeyin qadağan olduğu öyrədilir. Cəmiyyətimizdə ayıb, qadağan və ya günah hesab edilən seks sanki doğuşdan etibarən bilinməli olan bir şey kimi qəbul edilir. Halbuki, cinsi həyatla bağlı heç nə oxumamış, insan fiziologiyasını, zövq nöqtələrini, ön sevişmənin əhəmiyyətini, seksin sağlamlığa verdiyi faydaları araşdırmayan biri nə özünü, nə də birlikdə olduğu insanı xoşbəxt edə bilər. İnkişaf etmiş ölkələrdə məktəblərdə cinsi həyatla bağlı dərs proqramları var. Uşaqlara bu proses düzgün şəkildə izah edilir. Ancaq seksin ayıb, günah hesab edildiyi cəmiyyətlərdə heç bir məlumatı olmayan qadından və ya kişidən mükəmməl seks performansı gözlənilir. Bunu tapa bilməyəndə isə xəyanət etmək üçün bəhanə tapılır. Bəzi kişilər isə yataqda öz istəklərini dilə gətirən qadına pis baxırlar, qadının seks istəməsini normal qəbul edə bilmirlər. Bunlar cahillikdən qaynaqlanır.

Avtomobildən istifadə etməyi, velosiped sürməyi və ya üzməyi necə öyrəniriksə, sevişməyi də öyrənməliyik. Üzməyi bilmədən dənizə girən insan necə boğulursa, sevişməyi bilmədən yatağa girən də problemlərin altında qalıb boğulacaq. Hər bir insan ilk növbədə öz bədənini tanımalı, nələrdən zövq alıb, nələri sevmədiyini dəqiqləşdirməldiir. Bundan sonra qarşı cinsin həzz nöqtələrini və xoşuna gələn məqamları anlamağa çalışmalıdır.

Odur ki, ilk növbədə əzbərlədiyiniz qaydaları unudub özünüzü və partnyorunuzu tanımağa çalışın. Qarşılıqlı olan təmin edici cinsi əlaqə özbaşına, avtomatik bir şəkildə alına bilməz. Bunun üçün hər iki tərəfin əmək sərf etməsi lazımdır. Şəxsiyyətin digər xüsusiyyətləri kimi hər bir insanın cinsi zövqü də özünə xasdır. İlk növbədə cinsi miflərdən, yazılmamış qanunlardan və xurafatlardan xilas olun. Məsələn, belə bir fikir var ki, yataqda kişi hakim olmalıdır. Bu fikri irəli sürənlər qadının da bir insan olduğunu, onun da cinsi ehtiyacları olduğunu unudurlar. Seks zamanı beyin dünyaya qapalı olmalıdır. Cütlüyün həzzin pik nöqtəsinə - orqazma çatması üçün rahatlıq əsas şərtdir. Narahatlıq, qorxu və ya qayğı verən düşüncə və duyğular cütlüyün cinsi həyatına mənfi təsir edə bilər.

Bəs bütün bu saydığımız problemləri yaşamayan, mükəmməl seks həyatı olan cütlüklər buna necə nail olurlar. İngilis alimlərinin apardıqları sorğuya əsasən xoşbəxt cütlüklərin yataq otağı sirləri üzə çıxıb. Həmin sirləri təqdim edirik:

Seksə vaxt ayırırlar

İş tempi, uşaqlar, həyatın digər çətinlikləri seksə vaxt ayırmağa imkan vermir. Halbuki xoşbəxt cütlüklər hər gün olmasa da, nizamlı şəkildə həftədə 3-4 dəfə sevişirlər. Cinsi əlaqə cütlükləri sadəcə fiziki baxımdan rahatlaşdırmaq üçün deyil. Seks həm də partnyorları bir-birlərinə daha da yaxınlaşdıran vasitədir. Yataqdan sadəcə yuxu üçün istifadə edən cütlüklər müəyyən müddət sonra uzaqlaşacaqlar və bir evin içində yaşayan iki yad insana çevriləcəklər.

Xüsusilə kişilər partnyorlarına bağlanmaq üçün seksə ehtiyac duyurlar.

Toxunurlar

Xoşbəxt cütlüklər bir-birlərinə yalnız yataqda olanda deyil, həmişə toxunurlar. Bunun mütləq seksual, erotik bir toxunuş olması şərt deyil. Əsas odur ki, gün içində əl-ələ tutasınız, qucaqlaşasınız və ya məsum şəkildə bir-birinizi yanağınızdan öpəsiniz. Belə məsum toxunuşlar xüsusilə də qadınların ağlını başından alır. Kişidən fərqli olaraq duyğulara daha çox önəm verən qadın belə toxunuşlara məruz qaldıqda çox sevildiyini düşünür. Ona görə də çox vaxt belə toxunuşlar ehtiraslı bir seksin başlanğıcı olur. Üstəlik belə başlayan cinsi əlaqə daha təbii və təmin edici hiss bağışlayır. Gün içindəki kiçik toxunuşlar ön sevişmə təsiri yaradır və sizi gecə yaşanacaq ideal seksə hazırlayır.

Cəzalandırmırlar

Xoşbəxt cütlüklər partnyorlarını əsla sevişməməklə cazalandırmağa çalışmırlar. Beləcə seksi bir güc müharibəsinə çevirmirlər. Kiçik problemlərə görə küsəndə qarşı tərəfin seks istəyini rədd etməyin. Çünki bu, çox vaxt barışmaq üçün atılan addım olur. Növbəti dəfə seks pəhrizi ilə cəzalandırmaq əvəzinə əsəbiləşəndə özünüzü sözlərlə ifadə etməyə çalışın və danışaraq problemi həll edin. Bu davranış partnyorunuzla münasibətinizə müsbət mənada çox təsir edəcək.

Reallıqla barışırlar

Filmlərdəki seks səhnələri reallıqdan fərqlidir. Möhtəşəm dekorasiya, həddindən artıq istəkli qadın və kişi, heç bitməyəcəkmiş kimi davam edən seks, ideal bədənlər və eyni anda orqazm olub qışqıran bir cütlük... Bu tip bir səhnə təbii ki, təhrik edicidir. Ancaq gərçək həyatla üst-üstə düşmür.

Unutmayın ki, hər cütlüyün öz seks üsulu olur. Odur ki, seksdən umduqlarınızı real həyatla uyğunlaşdırmağı bacarmalısınız. Əsas bir-birini xoşbəxt edə bilməkdir.

Xüsusi gecələrdən imtina etmirlər

Xüsusi gecələr cütlük arasındakı sevgi bağını gücləndirir. İdeal cütlüklər yalnız evlilik ildönümlərində deyil, ilin müəyyən zamanlarında özləri üçün xüsusi zaman ayırırlar və fərqli təcrübələr yaşayırlar. Belə romantik gecələr yaşamaq, xüsusi geyimlər və alt paltarları almaq partnyorların bir-birlərinə əhəmiyyət verdiklərini göstərir. 3 gün də olsa oteldə qalmaq, ev işləri ilə maraqlanmadan birlikdə olmağın dadını çıxartmaq, bol-bol sevişmək, plan qurmadan, saata baxmadan yataqda vaxt keçirmək cütlüklərin xoşbəxtliyini siğortalayan bir üsuldur.

Güvənirlər

Münasibətin ciddiliyi tərəflərin bir-birlərinə güvənməklərindən asılıdır. Bir-birinə güvənən cütlüklər yataqda daha ehtiraslı və daha anlayışlı olurlar. Gün içərisində şübhələrlə beyni məşğul olan bir qadın həmin adamla lüm-lüt yatağa girməyi istəyər? Əlbəttə ki, yox. Ona görə həm qadın, həm də kişi sevdikləri şəxsə sadiq olmalı və bunu hər addımları ilə sübut etməlidirlər.

Utanmırlar

Xoşbəxt cütlüklər sevişərkən işığı söndürmürlər. Onlar orqazm olarkən bir-birlərinin gözünün içinə baxmağı xoşlayırlar. İllərdir evli olan bir çox cütlük isə hələ də bunu bacarmır. Əri ilə yataqda çılpaq qalmaqdan utanan qadınlar var. Özlərini xoşbəxt hiss edən partnyorlar isə yataqda nədən xoşlandıqlarını da açıq şəkildə deməkdən çəkinmirlər.

Ehtirasa gətirməyi bacarırlar

Bəzən gün ərzində yaşadığımız stress, problemlər hər şeyə qarşı həvəsimizi öldürür. Ancaq xoşbəxt cütlüklər ən pessimist ruh halından belə çıxmağın asan üsulunu tapıblar. Onlar özlərini yaxşı hiss etmək üçün sevişməyə üstünlük verirlər.

Sürprizlər edirlər

Seks həyatları qədər gündəlik həyatlarını da oyuna çevirirlər. Fantaziyalarını yalnız yataqda deyil, gündəlik həyatda işə salırlar. Gözlənilmədən hədiyyə edilən çiçəklər, müxtəlif ətirlər, kiçik aksessuarlarla bir-birlərini sevindirir və təəccübləndirirlər. Beləliklə, "gün boyu səni düşünürəm, sənə əhəmiyyət verirəm" mesajını vermiş olurlar. Belə bir sürprizin ardından yaşanan cinsi əlaqənin nə qədər həzz verəcəyini isə deməyə ehtiyac duymuruq.

Baxımlıdırlar

Bədəninizə, dərinizə, saçlarınıza, dırnaqlarınıza nizamlı olaraq qulluq etmək həm özünüzü daha yaxşı hiss etməyinizə, həm də partnyorunuzla əlaqələrinizin güclənməsinə səbəb olacaq. Çünki baxımlı olmaq qarşınızdakı insana "Bunu sənin üçün edirəm" mesajı verir. Üstəlik, baxımlı olduqda özünüzü yaxşı hiss etdiyiniz üçün daha ehtiraslı olursunuz. İmmunitet sisteminiz gücləndirməklə yanaşı, enerjiniz də artır. Baxımlı olmağın əhəmiyyətləri saymaqla bitmir.

Qısa müddətli seksə yox demirlər

Hər zaman saatlarla davam edən seks üçün uyğun atmosfer olmaya bilər. Ona görə də xoşbəxt cütlüklər bunu başa düşürlər və bəzən tələsik, sürətli sekslə məşğul olurlar. Hamamda, evin salonunda, mətbəxdə, qapıdan çıxmaq istəyərkən bir anda ehtirasa gələn sevgililər bir-birlərini təmin etməkdən çəkinmirlər. Ancaq sürətli seks zamanı partnyorlar bir-birlərinin orqazma çatmaq üçün nəyə ehtiyacları olduğunu bilməldirlər. Bunun üçün 3-4 dəfəlik təcrübə şərtdir. Ondan sonra hər şey öz axarına düşəcək.

Xüsusi sözləri var

Xoşbəxt cütlüklər bəzən heç kimin anlamadığı bir dildə danışırlar. Bu bir söz, bir cümlə, bir film səhnəsi ola bilər. Onlara keçmişdən gələn dəyərli bir xatirəni xatırladan bu sözləri bəzən heç gözlənilməz yerlərdə söyləyib yalnız özlərinin bildiyi zarafat gülür və ya bir hadisəni yada salıb əylənirlər. Bu xüsusi anlar bir-birlərinə daha da yaxınlaşmaqlarını və birlikdə gülə bilmələrini təmin edir.

Danışırlar

Ünsiyyət ciddi və sağlam bir əlaqənin bünövrəsini təşkil edir. Xoşbəxt cütlüklərdən biri olmaq istəyirsinizsə, daim danışın, söhbətləşin. Həm gündəlik həyatda, həm də yataqda danışmadan başa düşülməyi gözləməyin. Özünüzü ifadə etməlisiniz. Əks halda yanlış başa düşülmək ehtimalınız çox ola bilər. Üstəlik söhbətləşərkən, dərdləşərkən qışqırıb bağırmaq, küsmək, üz turşutmaq lazım deyil. "Ev işlərində mənə daha çox kömək etməyini istəyirəm", "Cinsi həyatımızı rəngləndirəcək bir təklifim var" deyərkən də səmimi və xoşrəftar olurlar.

Ailə və Uşaq     Baxılıb: 6681   Tarix: 05 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim və ayaqqabılar hamiləlik gozel gorunmek qripdə nə etməli qadın doğuşu qadin dunyasi kulinariya sevgi ve seks bakire atalar sözləri kökəlmək üçün novruz hakistasi bayraq