Kişilər ən çox bunları yalan deyir
"Ağ yalan" ifadəsini hamımız eşitmişik. Qarşı tərəfə zərər veməmək və vəziyyətdən çıxmaq üçün deyilən kiçik yalanlar əslində münasibətin bir hissəsini təşkil edir. Həm kişilər, həm də qadınlar münasibət ərzində belə yalanlardan istifadə edirlər. Ancaq aparılan tədqiqatlar kişilərin daha çox yalandan istifadə etdiyini göstərir. Bu, əvvəllərdə zərərsiz görünsə də, münasibətin sonrakı mərhələlərində ciddi problemlər yarada bilir. Yalanı adət halına gətirən kişilər vaxt keçdikcə önəmli məsələlərdə də yalan deməyə başlayır və nəticədə güvən hissinə zərər dəyir.
Qarşılarındakı qadınları cəlb etmək istəyirlər.
Əsasən də münasibətin əvvəlində kişilər qadınları cəlb etmək üçün yalana baş vurur. Onlar qadınlara dedikləri yalanların çoxunu özlərini daha ağıllı, bacarıqlı göstərmək üçün danışır. Buna görə də yalana əl atmaq kişilər üçün səhv bir addım sayılmır. Lakin qarşı tərəfi cəlb etmək üçün deyilən yalan özgüvən əskikliyinin işarəsidir.
İncitmək istəmirlər
Kişilər üçün qadını rədd etmək, ya da bir münasibəti açıq şəkildə bitirmək oluqca çətindir. Buna cəsarət edə bilmədikləri üçün xırda yalanlara əl atırlar. Beləliklə də, qadınlara yaxşılıq etdiklərini düşünürlər. Lakin, münasibətin bitməsinin səbəbini bilməmək qadınlara daha pis təsir edir.
Qərar verməkdə çətinlik çəkirlər
Kişilərin yalan deməsinin əsas səbəblərindən biri də, asanlıqla qərar verə bilməmələridir. Münasibətlə əlaqəli qərar verə bilmədikdə və ya özlərini rahat hiss etmədikdə ağıllarına gələn ilk yalana əl atırlar. Çünki, kişilər qərar verə bilmədikə vaxtı uzatmaq istəyirlər və anı qurtarmağa çalışırlar. Belə vəziyyətlərlə üzləşməmək üçün onları nəyəsə məcbur etməməyə çalışın.
Qadınlara güvənmirlər
Kişilərin əksəriyyəti qadınların dedikləri ilə etdiklərinin üst-üstə düşmədiyi mövzusunda həmfikirdir. Buna görə də siz nə qədər dürüst olsanız da kişilər sizə tam inanmır. Məsələn, ondan köhnə sevgilisi barədə sual soruşduğunuzda, hər nə qədər bu barədə danışmağın sizin üçün problem olmadığını desəniz də, onlar buna inanmır. Buna görə də yalan deməyi üstün tuturlar. Qarşılarındakı qadının həqiqətlərlə üzləşə biləcəyinə inanmırlar.
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri