Koronavirus ayaqları görün nə hala salır
Koronavirus infeksiyasının simptomları yalnız öskürək, qızdırma və qoxu duyğularının itməsi deyil, həm də ayaq barmaqlarınızda qıcıqlanma ilə özünü göstərə bilər.
Publika.az xəbər verir ki, bu nəticəyə dair "The Telegraph" nəşrində Beynəlxalq Dermatoloji Cəmiyyətlər Liqası və Amerika Dermatoloji Akademiyasının alimlərinin açıqlaması yayımlanıb.
Bildirilib ki, xəstələrin müayinəsi zamanı bir çoxunun ayaq barmaqlarının, ayaqlarının şişmiş və qızarmış vəziyyətdə olduğu üzə çıxıb. Kənardan bu, don vurmasına bənzəyib.
Simptomların bir həftədən dörd həftəyə qədər ortaya çıxdığı qeyd olunub. Ancaq bəzilərində bir neçə ay davam edib. Ağır hallarda qıcıqlanma ayaqların şişməsinə səbəb olub. Mütəxəssislər infeksiyanın bu təzahürünün səbəbini hələ müəyyənləşdirməyiblər.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir