Koronavirus bizi nə vaxt tərk edəcək?
Koronavirus mövsümi xəstəlik halına gəldikdən sonra insanları tərk edəcək və daşıyıcı olaraq hər hansı növ heyvan seçəcək.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq, təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov danışıb.
"Koronavirus yeni təbii lokal infeksiyaya çevriləcək. İmmunitet səviyyəsi 70 faizə çatdıqda virus təbiətə qarışacaq və bir heyvanı özünə sahib seçəcək. İnsanları tərk edəcək. Yeni nəsil insanlarda kütləvi immunitet olmayanda mutasiya edib geri dönə bilər", - infeksionist "Ura.ru"ya açıqlamasında bildirib.
Virusoloq Sergey Netyosov isə qeyd edib ki, bunun reallaşması üçün bəşəriyyətin ən azı 70 faizi xəstəliyə qarşı immunitetə sahib olmalıdır və biz hələ bu rəqəmdən çox uzaqdayıq : "Kütləvi immunitetin dünyada ən azı 25 faizi keçdiyi təxminən 20 ölkə var. Dünyanın ciddi rəqəmə çatması üçün aylar lazımdır".
Qeyd edək ki, dünya üzrə vaksinasiya göstəricisi 1 milyardı ötüb.
Aytən Məftun









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Yod çatışmazlığı təhlükəlidir
Nanə yağı təzyiqi aşağı sala bilər
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər