Koronavirus xəstələrində qeyri-adi simptom aşkarlandı
Koronavirus infeksiyasının əlamətlərindən biri də qulaq tıxanmasıdır.
Publika.az "kp.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor") Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Klinik və Analitik İşlər üzrə direktor müavini Natalya Pşeniçnaya türkiyəli alimlərin araşdırmasına istinad edərək məlumat verib.
"Qulaq tıxanması COVID-19-un nadir simptomu deyil. Qulaq tıxanması xəstəliyin yüngül forması olan xəstələrin təxminən 12%-də qeydə alınıb, bu simptom xəstəliyi orta və ağır keçirənlərin təxminən 3%-də tapılıb", - rusiyalı ekspert qeyd edib.
Onun sözlərinə görə, qulaq tıxanması kəskin respirator xəstəliklərdə baş verə bilər. Ekspert qeyd edib ki, narahatlıq bir neçə gün ərzində keçməzsə, qulaq-burun boğaz həkiminə müraciət etməlisiniz. Uzun müddət qulaq tıxanması ciddi fəsadlara səbəb ola bilər - meningit, ensefalit və beyin absesi.
Aytən Məftun









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir