Koronavirusa qarşı immun sistemimiz yarana bilər? - Mütəxəssislərdən ümidverici açıqlamalar
Kovid-19 virusuna yoluxub sağalanların orqanizmində bu xəstəliyə qarşı müqavimətin yaranması ehtimalı var.
Publika.az xəbər verir ki, Almaniyanın Helmholtz İnfeksiya Araşdırmaları Mərkəzinin virusoloqu Melain Brinkmen və Qieben Universiteti Virologiya İnstitutunun rəhbəri Fraydmann Veber yeni tip koronavirusa qarşı xəstələrin qanının antikor ifraz etdiyini açıqlayıb.
Mütəxəssislərin digər koronavirus növlərindən əldə etdiyi təcrübəyə görə, xəstələnib sağalmış insanın bədəninin infeksiyadan sonra bir və ya iki ilə qədər müqavimət göstərmək ehtimalı var.
Almaniya İmmunologiya Dərnəyinin sədri Tomas Kamradt bildirib ki, Kovid-19-a yoluxanlar pandemiyanın bitməsindən bir neçə il sonra belə yeni infeksiyaya qarşı immunitetli olacaq. O, bu günə qədər qazanılmış təcrübələrə əsasən, bədənin antikor ifraz edərək yeni infeksiyalara qarşı müdafiə mexanizmi yarada biləcəyini söyləyib: "Lakin bu mexanizmin nə qədər davam edəcəyi qandakı antikorun çoxluğunun faizinin azalmasından asılıdır".
Ştutqart Marienhospital Kliniki Laboratoriya İnstitutunun direktoru Matiyas Ors isə antikorların başqa infeksiyaya davamlı olub-olmayacağının dəqiqləşmədiyini deyib.
Zümrüd









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz
Dünyanın ən gözəl qızının indiki halı — FOTOLAR
İkinci dəfə ata oldu
Pis yuxu insan beynini qocaldır?
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama