Koronavirusa qarşı peyvəndlər... - Bill Qeyts açıqladı
"Microsoft"un qurucusu Bill Qeyts ABŞ-da hazırlanan koronavirus infeksiyasına qarşı bəzi peyvəndlərin praktik faydası olacağından şübhələndiyini söyləyib. Onun sözlərinə görə, peyvənd testlərinin nəticələri ölkədə epidemioloji vəziyyətin pisləşməsinə səbəb olacaq.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Bill Qeyts hazırda ABŞ-da altı peyvənd hazırlandığını deyib. Milyarder hesab edir ki, hər hansı bir təhlükəsizlik problemi olarsa, COVID-19 ilə mübarizədə effetivliyi gözlənilən nəticələri verməzsə, peyvəndlərin ikisi və ya üçünün hazırlanması dayandırıla bilər. Lakin o, bəzi dərmanların təsirsiz qalma ehtimalının olduqca aşağı olduğuna dair qeyd də edib.
"Bu gün iqtisadiyyat"nəşrinin yazdığına görə, Bill Qeyts əmindir ki, kifayət qədər peyvənd istehsal olunarsa, bu, ABŞ-da COVID-19-dan ölənlərin sayına görə ölkələrin sıralamasında liderliyini itirməsinə kömək edə biləcək.
"Microsoft"un qurucusu həmçinin ABŞ-da COVID-19-un yayılması ilə bağlı vəziyyətin payızda daha da pisləşəcəyini, daha çox infeksiya və ölüm hadisəsinin olacağını və qışın gəlməsi ilə ölkədə mövcud vəziyyətin daha da çətinləşəcəyini proqnozlaşdırıb. O, hesab edir ki, ABŞ-da məktəblər 2021-ci ilin ikinci yarısında yenidən açılacaq.
Bundan əvvəl Qeyts dünyadakı koronavirus pandemiyasının yalnız 2022-ci ildə bitəcəyini irəli sürmüşdü.
Aytən Məftun









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur rusiyalı müğənni Bakıda - FOTOLAR
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu - FOTOLAR
Məşhur fransız müğənni vəfat etdi
Uşaqlara Crocs ayaqqabılar geyindirməyin - Səbəb
Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?
Cavanşir Məmmədovun qızı və nəvəsi eyni ildə məzun oldu - Foto
Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
"Daha 17" Dünya Kuboku matçlarını geridə qoydu
Məhkəmə Alla Puqaçova ilə bağlı qərar verdi