Koronavirusun müalicəsində buraxılan şok səhvlər: Çoxlu C vitamini... - Pulmonoloq

Koronavirusun müalicəsində buraxılan şok səhvlər: Çoxlu C vitamini... - PulmonoloqƏgər ailədə bir adam COVID-19 virusuna yoluxubsa, sözsüz ki, digər ailə üzvləri də yoluxub. Ailə üzvlərindən analiz götürülmə vaxtından asılı olaraq cavab yanlış çıxa bilər. Bu səbəbdən digər şəxslərdən xəstəliyin 2-4-5-ci günlərində analiz götürülməsi tövsiyə olunur.
Milli.Az bildirir ki, bu fikirləri Teleqraf.com-a pulmonoloq Əlizamin Sadıqov deyib.
Pulmonoloqun sözlərinə görə, xəstəliyi simptomsuz keçirənlər 10 gün, əlaməti olan xəstələr isə 14 gün evdə qalmalıdırlar:
"Yoluxanların 80 faizi xəstəliyi simptomsuz keçirir. Koronavirusun tüğyan etdiyi zamanda qripdən söz gedə bilməz. Ən azından hər kəs maskadan istifadə edir. Məhz bu səbəbdən əlaməti olub, test nəticəsi neqativ çıxan hər kəsə COVID daşıyıcısı kimi baxılmalıdır. Qeyd edim ki, adi qrip COVID-dən fərqlənmir. Aradakı yeganə fərq koronavirusa yoluxma zamanı dadbilmə və iybilmə qabiliyyətlərinin itməsidir. Temperaturun 37,4-ə qədər qalxması norma sayılır. Əgər başqa əlamətlər varsa, onda patologiya sayıla bilər".
Pulmonoloq bildirib ki, asimptomatik COVID xəstələrinə heç bir müalicə lazım deyil, sadəcə 10 gün evdə qalmaları kifayətdir:
"Yüngül əlamətləri olan xəstələrə də müalicə lazım deyil,14 gun evdə qalmaları və bol maye qəbul etmələri yetər. Ancaq yaşlı, risk qrupuna aid xəstələrə antiviral ve antikoaqulyant müalicə təyin olunur. Antiviral dərmanlardan arbidol, erqoferon, tamiflunu boş yerə qəbul etməyin, heç bir təsiri yoxdur. Yalnız favipravir tam təsdiqini tapmasa da xəstəliyin erkən fazalarında 8 -ci gününə qədər təyin etdikdə effekt verir.
Təngnəfəsliyi olan ağır xəstələrə respirator distress sindromunda, sitokin qasırgasında favipravir təsir etmir, burada remdesevir öz effektliyini tam təsdiqləyib. Xəstəliyin 8-ci günündən inkubasiya olmayanlara 5 gün, inkubasiya olanlara 10 gün təyin olunur və çox effekt verir".
Əlizamin Sadıqov xəstələrin vitamin qəbuluna da toxunub: "Bütün həkimlər yüksək dozada vitamin C yazırlar. Ancaq bu, düzgün deyil. Onsuz da bu virus qanı laxtalandıraraq ağciyər, artervenoz trombozunu, insult, infarkt riski yaradır. Bu yandan da böyük dozada vitamin C qanı qatılaşdırır. Ümumiyyətlə, vitamin C-nin patogenetik təyini də mənasızdır, çünki o ancaq kollagen yaradır.
Yalnız təngnəfəslik hallarında kompüter tomoqrafiya etmək lazımdır. Asimptomatik xəstədə kompüter tomoqrafiya 20 faizə qədər zədələnmə göstərərsə, heç nə etmək lazım deyil, özü sovrulacaq. Ümumiyyətlə, təngnəfəslik verməyən fibroza müalicə lazım deyil".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1096   Tarix: 27 dekabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

adlarin menasi hamiləlik hamilelikde qidalanma gozlerin bezenmesi atalar sözləri elm haqqinda kətələr mayalanma kosmetika uşaq şeirləri suni mayalanma novruz hakışdaları cinsi elaqe qızlıq pərdəsi