Koronavirusun ürəkdə yaratdığı ağırlaşmalar - Bu əlamətlərə DİQQƏT!

Koronavirusun ürəkdə yaratdığı ağırlaşmalar - Bu əlamətlərə DİQQƏT!COVID-19 virusuna yoluxanlarda bir sıra ağırlaşmalar qeydə alınır. Onlardan biri də ürəklə bağlı ağırlaşmalardır. Məlumatlara görə, kardioloji fəsadlara daha çox rast gəlinir. İnvaziv kardioloq, Mərkəzi Gömrük Hospitalının həkimi Emin Hacıbalayev kardioloji ağırlaşmalar barədə danışıb.
Milli.Az e-tibb.az-a istinadən həkimin fikirlərini təqdim edir:
Bir ilə yaxındır ki, bütün dünya səhiyyəsi COVID-19 pandemiyası ilə mübarizə aparır. Bu müddət ərzində yeni məlumatlar, yeni müalicə protokolları və bu virusa qarşı peyvəndlər əldə olunub. COVID-19 xəstəliyinin kəskin fazasında miokard infarktı, ağ ciyər arteriyasının tromboemboliyası və aşağı ətraf damarlarının trombozu kimi ürək-damar sistemində ağırlaşmalar baş verə bilər.
Eyni zamanda, bu xəstəlikdən sağalmış insanlarda bəzi simptomların qalması və narahatlığın davam etməsi mümkündür. Belə vəziyyət COVID-19 xəstəliyinin uzanmış və ya xronikləşmiş variantı adlandırılır. Bu zaman insanlarda başgicəllənmə, təngənəfəslik, ürəkdöyünmə və ürək nahiyəsində ağrılar, ümumi halsızlıq, əzələ ağrıları, iy və dad bilmənin uzun müddət bərpa olunmaması və saç tökülməsi kimi simptomlar müşahidə oluna bilər.
Kardioloji ağırlaşmalardan biri miokarditdir. Miokardit ürəyin orta əzələ qatının iltihabı deməkdir. İltihab dərəcəsi və davamiyyəti hər bir pasiyentdə fərqli ola bilər. Miokardit əvvəllər qrip kimi kəskin virus xəstəlikləri zamanı müşahidə olunurdu. Lakin COVID-19 xəstəliyində miokardın zədələnməsi fərqlənir. Belə ki, miokardı təşkil edən əzələ hüceyrələri - sarkomerlər ciddi şəkildə zədələnir, sanki bıçaqla kəsilmiş kimi bir vəziyyət alınır.
2020-ci ilin iyun ayında Almaniyada aparılmış tədqiqat zamanı COVID-19 xəstəliyi keçirən insanlarda Cardio-MRI müayinəsi aparılıb. Tədqiqatda iştirak edən pasiyentlərin orta yaşı 49 olmuş, xəstəlikdən sonra maksimum 67 gün keçmiş və pasiyentlərin yalnız 33%-i xəstəxanada müalicə almışdı. Bu tədqiqat zamanı müayinədən keçən insanların 60%-də ürəyin iltihabı aşkar edilib.
Həmçinin, COVID-19 xəstəliyi keçirən pasiyentlərdə kontrol qrupla müqayisədə ürəyin atma fraksiyası daha aşağı və ölçüləri daha böyük olub. COVID-19 xəstələrinin 20%-də, kontrol qrupun isə 7%-də miokard fibrozu aşkar edilib. Maraqlı və xoşagəlməz hal odur ki, bu dəyişikliklər hətta COVID-19 xəstəliyini simptomsuz və yüngül keçirən insanlarda da qeydə alınıb.
Miokarditin əsas simtomları aşağııdakılar ola bilər:
• Ürək nahiyəsində ağrılar
• Ürəkdöyünmə, aritmiya
• Təngənəfəslik
• Hərarətin qalxması
Miokarditin ağırlaşmaları həyatı təhlükəli aritmiyalar, ürək catişmazlığı, qəfləti ölüm kimi hallar ola bilər. Bütün bunları nəzərə alaraq, COVID-19 xəstəliyindən bərpa olunan pasiyentlərin, həmçinin, miokardit şübhəsi olan pasiyentlərin minimum instrumental və laborator müayinələrdən (EKQ, EXO-KQ, troponin) keçmələri məsləhət görülür.
Ehtiyac olarsa, daha dərin müayinələr - MRT, EKQ-Holter və koronar angio müayinələr də aparılmalıdır. Digər vacib məsələ, belə pasiyentlərdə fiziki aktivliyin 3-6 ay ərzində məhdudlaşdırılmasıdır. Unutmayın ki, vaxtında həkimə müraciət etməklə ağır fəsadların qarşısını almaq mümkündür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1509   Tarix: 07 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

qadın geyimi hamilelikde qidalanma gozel gorunmek pəhriz necə tez arıqlayım aksesuar 2026 yaz geyimleri kosmetika uzeyir hamilelik kökəlmək üçün novruz bayramına aid hakıştalar heyati