Körpələr çeynəməyi necə öyrənir?

Körpələr çeynəməyi necə öyrənir?Uşağa qaşıqdan və stəkandan istifadə etməyi öyrətməklə yanaşı, onu yeni yeməklərə də alışdırmaq lazımdır. Artıq 7-8 aylığına gəlmiş uşaq yeməyi çeynəməyi də öyrənməlidir. Uşaq lazımınca çeynəməsə pis inkişaf edər və dişləri düzgün çıxmaz. Uşaq otura bildiyi zaman onun əlinə çeynəmək üçün çörək vermək olar. Əvvəlcə uşağa çörəyi içi ilə birgə, sonra isə təkcə qabığını vermək lazımdır. Daha sonra isə onlar özləri yavaş-yavaş çeynəməyi öyrənəcəklər və buna vərdiş edəcəklər.
Çörək qabığı verilən uşağa yumşaq meyvələrdən də kəsib vermək olar. Uşağın dişi çıxdıqdan sonra ona tədricən meyvələri əzmədən vermək lazımdır. 9-10 aylıq uşağa alma dilimlərini nazik kəsib vermək olar. Bu uşağın çeynəməni öyrənməsinə doğru bir addım olar. Çünki alma şaftalı kimi rahat çeynənmir. Alma bərk olduğu üçün onu çeynəmək lazım gəlir və bu da diş ətinin möhkəmlənməsinə səbəb olur. Bir-neçə ay sonra isə almanı dilimləməkdənsə, qabığını soyub, bütöv vermək daha məqsədəuyğun sayılır.
Ət tikələrini çeynəmədən udan uşaq digər uşaqlardan daha çox yeyir. Çünki onun yedikləri həzmə getmədən bağırsaqlardan xaric olur. Ona görə də azı dişləri çıxana qədər uşaqlara tikə ət vermək düzgün sayılmır.
Uşaqların meyvə və tərəvəz yeməsi onun çeynəmə qabiliyyətinin formalaşmasını göstərmir.
2 yaşına yaxın əksər uşaqların qapalı diş sırası (ən az 16 diş) əmələ gəlir, uşaq yumşaq çörəyi, bişmiş tərəvəzi, yumşaq meyvələri çeynəyir.
Uşağa yeməkdən sonra meyvə çeynəməyi öyrətmək mümkün olsa, çox yaxşıdır.
Yaş yarımlıq, çeynəməyi bacaran uşaqlar üzümü, qarağatı, noxudu çeynəməyib bütov udur, ancaq bir az yumuşaq qidaları rahatca çeynəyib uda bilir .Ona görə də bu yaşda uşağa, çeynəməyi öyrənsin deyə daha bərk şey vermək lazımdır. Uşaq 2 yaşda əti rahatca çeynəyə bilir.
Çeynəmə prosesi dişləri möhkəmlədir. Yeməkdən sonra bərk meyvə çeynəmək azyaşlının dişlərinin arasında qalmış ətlərin çıxmasına səbəb olur və arxa dişlərin çıxma prosesini sürətləndirir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2192   Tarix: 30 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

gozel gorunmek makiyaj etmek qaydalari donlar 2026 qarabasaq kotleti həyat stili cəlil məmmədquluzadə dişlərə qulluq kosmetika haxışda heyati naz mila qz eviyçun hakışta paxlava