Körpənin ilk hamamı

Körpənin ilk hamamıAnalarımız körpəni çimdirmək barədə ilk vaxtlar narahatçılıq keçirirlər. "Suyun və otağın istiliyi uyğundurmu?", "Necə bir şampun seçməliyik", " Körpəni neçə dəqiqə yuyundurmaq olar?" kimi suallarla ana körpəni çimdirən zaman balaca ilə lazım olduğu kimi rahat davrana bilmir. Bu isə körpənin ilk hamamını gərgin hala salır.

Hamamın istiliyi və körpənin çimdirilmə müddəti nə qədər olmalıdır?
İlk öncə bunu bilməniz lazımdır ki, körpələr özlərinə ana bətnindəki mühiti xatırladan sudan xoşlanırlar. Ancaq körpələrin dərilərində hələ kifayət qədər qoruyucu yağ təbəqəsi yaranmadığı üçün onlar çox tez üşüyürlər. Bu baxımdan suyun istiliyinə diqqət yetirmək lazımdır. Suyun istiliyinin 36 C, otağın istiliyinin isə 22-24 C olması məsləhət görülür. Hamam müddətinin isə 5-6 dəqiqə olması kafi hesab edilir. Körpəmiz biraz böyüdükdən sonra çimmək müddətini artıra bilərsiniz.

Ləyənlərdə yuyundurulan körpələr, yarıoturaq bir vəziyyətdə olur və sürüşmə riskləri olmur. Bu cür ləyənlər, analara, körpələrini daha rahat yuma imkanını təqdim edir. Körpənin hələ oturmadığı dövrdə duş zənbili analar üçün böyük asanlıq təmin edir.Bu portativ ləyən körpənizi istədiyiniz mühitdə rahatlıqla yumanıza kömək edəcək.

Necə bir şampun istifadə edilməlidir?
Yeni doğulan körpələrin göz yaşı ifrazatları kifayət qədər inkişaf etmədiyi üçün göz yandırmayan şampun istifadə etmək lazımdır. Körpənizin duş zamanı üşüməməsi üçün saç və bədən şampunu bir yerdə olan məhsulları seçməniz də sizin üçün faydalı olacaq.

Hamam, körpənizdə masaj təsiri yaradaraq onu rahatlaşdırır. Rahatlayan və daha dinc olan körpə isə daha rahat yatır. Böyümə hormonu yuxuda təmin edildiyi üçün duş körpələrin bilvasitə olaraq böyüməsinə də kömək edir. Buna görə olduqca sıx,mümkünsə hər gün duş qəbul etdirməniz körpəniz üçün son dərəcə faydalıdır.

Yuyunmadan əvvəl
Körpənizi yumadan əvvəl diqqət yetirməniz lazım olan bəzi məqamlar var. Yuyunmazdan əvvəl etməniz lazım olan hazırlıqlar:

* Körpənizi mütləq qarını ac ikən ya da əmizdirmədən ən azı 1,5 saat sonra yuyun. Çünki körpəni tox qarınla ​​yuduğunuzda mədəsinə təzyiq edib qusmasına səbəb ola bilərsiniz.

* Soyuq suyu, isti suya qataraq qarışdırın. Suyun istiliyinə dirsəyinizlə nəzarət edin.

* İstifadə edəcəyiniz məhsulları əvvəlcədən hazır tutun.

* Ləyənin içinə mütləq bir dəsmal ya da ləyən zənbili qoyaraq körpənizin sərt zəminlə təmas etməsini əngəlləyin.

Yuyunarkən

* Yuma əməliyyatına bədənindən başlayın. Başını ən sonda yuyun. Çünki körpələr istiliyi ən tez başlarından itirərlər.

* Başını yuyarkən üzüüstə olmasına və qulaqlarına su keçməməsinə diqqət yetirin.

* Duş zamanı yanınızda bir köməkçi olması daha yaxşı olar. Biriniz körpəni tutarkən digəri yuyundursa bu sizin üçün daha az stressli olacaq.

Yuyunduqdan sonra

* Qurulamaq üçün mütləq 2 dəsmal saxlayın. İlk dəsmal ilə körpənin bədənini quruladıqdan sonra körpənizi geyindirənə qədər ikinci dəsmal ilə sarılı vəziyyətdə saxlayın. Çünki bədənindəki suyu həmin yaş dəsmal körpənizin üşüməsinə və sürətlə istilik itirməsinə səbəb olur.

* Geyindirməzdən əvvəl körpənizə körpə yağı köməyi ilə masaj edərək həm körpənizin inkişafına kömək edin həm də aranızdakı bağı gücləndirin.

Ailə və Uşaq     Baxılıb: 3022   Tarix: 22 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

turlar.az

yay kolleksiyasi qadin sayti gozel gorunmek pehriz saxlamaq qaydalari saç hörükləri fikrət əmirov hamiləlik və analıq kosmetika novruz bayramina aid hakistalar şəkərbura zencefil cantalar burclerin uyumu