Körpənin təhlükəsizliyi: valideynlər üçün 10 məsləhət

Körpənin təhlükəsizliyi: valideynlər üçün 10 məsləhətRazılaşmaq lazımdır ki, ailənin yeni üzvünün gəlişi ilə, evdə abu-hava sözün əsl mənasında dəyişir! Və xoşbəxt valideynlər ilk öncə ağlı hələ kəsməyən, lakin hər şeylə maraqlanan körpənin təhlükəsizliyinə diqqət yetirməlidirlər.

1. Çarpayı – yaxşı olar ki, uşağın yatağının karkası təbii materiallardan (məsələn fıstıq və ya tozağacından olsun), kənarları isə dairəvi və ya yastılanmış, girdə çubuqlardan ibarət olsun. Çubuqlar hamar, lakin çox sürüşkən olmamalıdır ki, körpə ayağa durmaq istədikdə barmaqları sürüşməsin. Çubuqlar arasındakı münasib məsafə 7-8 sm olmslı, 2-3 sm-dən az olmamalıdır, çünki hər şeylə maraqlanan körpə çubuqların arasına başını və ya əlini soxmaqla çətin vəziyyətə düşə bilər.

2. Vanna – ən balacalar üçün yaxşı olar ki anatomik vanna alasınız (o körpənin bədəninin cizgilərini təkrarlayır). Daha böyük uşaqlar üçün klassik vanna almaq olar. Su termometri civəli olmamalıdır. Hətta onun göstəriciləri normaya uyğun olsa da (37-40°C), dirsəyinizi suya salmaqla suyun temperaturunu bir daha yoxlayın. Çimmək üçün havanın optimal temperaturu -20-23°C-dir.

3. Elektrocihazlar – aşağıda yerləşən bütün elektrik naqilləri xüsusi qoruyucu örtüklə bağlamaq və ya yapışqan lentlə plintusa yapışdırmaq lazımdır. Sallanan naqilləri gizlətmək və ya sıxacla harasa bərkitmək lazımdır, yoxsa körpə sallanan "ipi" görüb, ucundan darta bilər. Elektrik ötürücülərinə (rozetka) qoruyucu qapaqlar taxsanız yaxşı olar.

4. Şkaflar – dərmanlar və kosmetik vasitələri körpənin əli çatmayan şkaflarda və ya rəflərdə gizlətmək lazımdır. Yoxsa yorulmaz təcrübəçi təhlükəli maddələri ağzına apara bilər. Yuyucu vasitələri döşəməyə və ya vannanın kənarına qoymayın, onları da şkaflarda gizlədin.

5. Mebel – potensial təhlükəli interyer əşyalarını (komod, dolabça və s.) etibarlı şəkildə divara bərkitmək lazımdır. Körpə yeriməyi öyrənməyə başlayanda zədə almasın deyə, mebellərin iti kənarlarına plastmas və ya lateksdən qoruyucu örtkülər taxın. Əgər bütün ev boyunca mebellərin kənarını təhlükəsiz vəziyyətə gətirmək istəyirsinizsə, özüyapışan qoruyuculardan istifadə edin.

6. Qaz plitəsi - körpənin qaz plitəsinin dəstəklərini çevirə bilməməsi üçün xüsusi qapaqlar mövcuddur. Onlar qaz plitəsi sönülü ikən dəstəklərə taxılır. Sobanın qapısına qıfıl, işlək səthin üzərinə isə xüsusi qoruyucu vururuq. Əgər körpə mətbəxdədirsə, qabları qaz plitəsinin kənarından uzaq şəkildə qoymalı, tavaların qulpunu isə divara tərəf çevirmək lazımdır. Lap yaxşı olar ki, divar tərəfdə yerləşən konforkalardan istifadə edəsiniz.

7. Döşəmə - uşaq otağında gündə 2 dəfədən az olmayaraq yaş təmizlik aparmaq lazımdır, axı körpə döşəmənin üstü ilə iməkləyəcək. Laminatın və ya parketin üstünə narın xovlu, pambıq və ya viskozadan ibarət xalça örtsəniz yaxşı olar. Sintetik materiallardan da istifadə etmək olar – toz gənələri onların içinə daha az yığılır.

8. Hava nəmləndiricisi - isitmə periodu boyunca uşaq otağında rütubət səviyyəsini nəzarətdə saxlamaq lazımdır ki, isti körpənin selikli qişasında quruluq əmələ gələrək "qoruyucu" zökəm əmələ gətirməsin. Bu işdə yaxın köməkçisiz, hava nəmləndiricisiz keçinməz olmaz. O həmçinin otağı xırda toz zərrəciklərindən təmizləyəcək. Körpə özünü yaxşı hiss etsin deyə, otaqda havanın temperaturu 18-22°C arasında olmalıdır.

9. Masa – süfrəni düzəldərkən, içində qaynar qidalar olan qazan, boşqab, fincanları, bıçaq, çəngəl və digər iti əşyaları masanın kənarından uzağa qoyun. Körpənin kürsüsü elə yerləşdirilməlidir ki, o qaz plitəsinə yaxın olmasın və süfrəni hazırlamağa mane olmasın. Bıçaq, qayçı və s. kimi ləvazimatlar olan qutunu fiksatorla təchiz etmək və ya açarla bağlamaq yaxşı olar.

10. Zibil vedrəsi – zibil vedrəsinin yeri, körpənin əli çatmayan yerdir. Çünki, konserv bankaları, şüşə qırıqları, korlanmış qidalar körpənin diqqətini cəlb edə və xoşagəlməz nəticələr verə bilər. İti və təhlükəli zibilləri dərhal zibilxanaya atsanız yaxşı olar.

Ailə və Uşaq     Baxılıb: 3542   Tarix: 23 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

turlar.az

maskalar yaz geyimleri 2026 makiyaj instagram sobada toyuq qizartmasi kişi xəyanət permanent makiyaj varikosel kosmetika novruz bayramına aid hakışda bedii edebiyyat vətənə aid burcler haqqinda pomidor