Körpənin yuxu rejimi

Körpənin yuxu rejimi1. Körpələr hələ ana bətnində ikən yuxu görürlər.
Hamiləliyin üçüncü trimestrində körpə günün çox hissəsini yuxuda keçirir, bu vaxtın 50%-ini, tez yuxu fazası təşkil edir. Biz yuxuları məhz bu yuxu fazası ərzində görürük. Yeni doğulmuş körpələr də, yuxunun yarısını tez yuxu fazasında keçirirlər. Böyüklərdə bu faza təqribən 25% təşkil edir. Mütəxəssislərin çoxunun fikrinə görə, körpələr yuxu görür, amma yuxuda nə gördükləri bu günə qədər sirr olaraq qalır.

2. Bütün körpələr gecə oyanır.
Əgər ailənizin yeni üzvünü gözləyirsinizsə, onda hazır olun ki, körpə gecələri oyanacaq və bu hətta ən yuxusevər körpələrə də aiddir. Əslində, körpələr daha böyük uşaqlar və valideynlər kimi, bütün gecə ərzində müntəzəm olaraq oyanırlar. Adətən bu, onlar yüngül yuxu fazasıan qayıtdıqda baş verir. Fərq bircə ondadır ki, bəzi uşaqlar vəziyyətlərini dəyişərək, özlərini yellədərək, yorğana sıxılaraq dərin yuxu fazasına qayıda bilirlər, bəziləri isə sakitləşməkdə çətinlik çəkirlər və köməyə ehtiyac duyurlar.

3. Körpələrin yuxu siklləri daha qısadır.
Böyüklər hər 90 dəqiqədən, yeni doğulmuşlar isə hər 60 dəqiqədən bir bütün yuxu fazalarından keçirlər. Körpələrdə yuxu mərhələlərinin ardıcıllığı da bir balaca fərqlidir. Onlar dərhal tez yuxu fazasına keçə bilərlər, o zaman onlar gülümsəyir, üz-gözlərini büzüşdürür və bu da o deməkdir ki, onlar yuxu görür. Və ya onlar səthi yuxudan keçərək, tez yuxu fazasına keçid alırlar. Bu cür tez sikllər daha qısa yuxulara səbəb olur. Böyüklər demək olar ki, həmişə yüngül yuxudan daha dərin yuxuya, daha sonra isə tez yuxu fazasına keçirlər.

4. Yuxu, yuxu gətirir.
Bir çox valideynlər, körpənin gecə oyanmayacağı ümidilə gün ərzində onu yuxusuz saxlayır və ya axşamları oynadırlar ki, o gecə çox yatsın. Bir çox uşaqlar, onları yuxudan məhrum etdikdə narahat, yorğun və hiperaktiv olur, stress hormonlarının səviyyəsi isə artır, bu da onların gecə yatmasını çətinləşdirir. Yeganə istisna odur ki, körpənin günorta çox yatmamasına diqqət etmək lazımdır ki, daha sonra onu gecə yatızdırmaq çətin olmasın.

5. Fasilələrlə yuxu normaldır.
Uşağın 20-40 dəqiqə yatması normaldır, xüsusilə əgər o beliüstə yatısa (bu, körpə üçün ən düzgün vəziyyətdir). Qısa yuxu ona görə əmələ gəlir ki, körpə səksənərək və ya yerini dəyişərək bir yuxu fazasından digərinə keçəndə, dərin yuxuya qayıtmaq ona çətin gələ bilər. Körpə rahat şəkildə fırlanmağı və sakitləşməyi öyrəndikdən sonra, daha çox yatmağa başlayacaq.

6. Yuxu yaxşılaşmazdan əvvəl, pisləşə bilər.
Həyatının ilk yarım ilində, bir çox körpələr yuxu reqressiyasından keçirlər və daha tez-tez oyanmağa başlayırlar. Hətta, adətən uzun müddət yatan körpə, gecə periodik olaraq oyanmağa başlaya bilər. Bir çox valideynlər elə fikirləşir ki, körpə doymur, lakin gecə oyanmaları daha çox, yuxuya getməni çətinləşdirən koqnitiv və hərəki bacarıqların inkişafında baş verən dəyişikliklərlə əlaqəlidir. Belə bir şeylə qarşılaşsanız, körpənin belini ovmaqla və ya qucağınıza almaqla onu sakitləşdirin.

7. 6 ayından sonra gecə əmizdirmələri.
Yuxu sahəsi üzrə həkimlər və mütəxəssislərin fikrincə, körpələrin əksəriyyəti 6 ayından başlayaraq fizioloji olaraq qida yemədən 11-12 saat yatmağa qadirdir. Əlbəttə ki, əgər ana körpəni gecələr əmizdiribsə, o gecə ac olacaq. Əgər tədricən onu gecə əmizdirmələrindən ayırsanız, o bunu gündüz vaxtı kompensasiya edə bilər. Lakin, süd əmizdirən analar süd ehtiyatını artırmaq və qorumaq üçün, öz körpələrini gecə əmizdirməyi üstün tuta bilərlər.

8. Erkən oyanmaya alışın.
Körpələr işıltıya reaksiya vermək və günəşlə oyanmağa proqramlanıblar, odur ki, səhər saat 6, körpənin oyanması üçün məqbul zamandır. Əgər körpə günə belə tez başlayırsa, o saat 8-də yenə yatmağa və bir də axşam saat 7-də yatmağa hazır olacaq. Körpənin səhərlər oyandığı vaxt, onun daxili saatlarını müəyyənləşdirməyə kömək edir, bu da sizin özünüz üçün xeyirlidir.

9. Körpəyə imkan yaradın.
Körpə hələ yuxuya getməmiş onu yerinə uzatmaq ən yaxşı vərdişlərdən biridir. Körpələr asanlıqla hər şeyə alışırlar, odur ki, əgər körpəniz onu yuxudan əvvəl yelləməyinizə alışıbsa, onun hər axşam bu üsulla yatmaq istəməsini anlamaq olar. Lakin, körpənin sakitləşmək bacarığı həyatının ilk ili ərzində dəyişir və onlara yeni bacarıqlarını tətbiq etmək üçün məkan lazımdır. Çalışın ki, körpə yerində qurdalananda və nıqqıldananda onu yelləməyəsiniz və yalnız o möhkəm ağlamağa başlayanda ona yaxınlaşın.

10. Bir çox körpələr yuxu problemini adlaya bilmirlər.
Araşdırmalar göstərir ki, 1 yaşında pis yatan uşaqlar, adətən bir neçə il sonra da pis yatırlar. Bəlkə də bu, vərdişlərin bir-biri ilə əlaqəli olduğu üçündür və sizin, körpənin həyatının ilk ilində müəyyən etdiyiniz gözləmə rejimi daha sonra da onun yuxusuna təsir edir. Odur ki, körpənin səhər yuxudan tez oyanması və gün ərzində eyni vaxtlarda yatızdırılması çox yaxşıdır.

Ailə və Uşaq     Baxılıb: 4011   Tarix: 16 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

6 aylıq uşağın inkişafı

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir. O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətlər

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

turlar.az

geyim şəkilləri geyim dəbləri qis geyimləri 2026 aşıq psixologiya sepkilere qarsi mualice şirniyyat resepti kosmetika seksler novruza aid hakışta hesaplama qiz evi haxista big.az