Kosmetoloqlardan göz ətrafı dəriyə qulluq məsləhətləri

Kosmetoloqlardan göz ətrafı dəriyə qulluq məsləhətləriKosmetoloqlardan göz ətrafı dəriyə qulluq məsləhətləri

Məlum olduğu kimi göz ətrafı dəri sifətin ən zərif nahiyəsidir. Belə ki, göz ətrafı dərinin altında demək olar ki, piy vəziləri yoxdur və sifətin bu nahiyəsində dəri digərlər yerlərə nisbətən 7 dəfə zərifdir. Elə ona görə də gözlərin ətrafında qırışlar çox tez, hətta 25 yaşından sonra da yarana bilər. Göz ətrafında qırışların yaranmaması üçün göz nahiyəsindəki dərinin hamar və elastik qalması xüsusi qulluq tələb edir.

Gözlər insanın daxili aləmini nümayiş etdirir. Xalq arasında yayılmış gözlər qəlbin aynasıdır misalı buna sübutdur. Təsadüfi deyil ki, vizajistlər də makiyaj zamanı gözlərə xüsusi önəm verirlər. Çünki gözlərin makiyajından qadının necə görünməsi asılıdır. Yəqin elə buna görə də qadınlara aynaya baxanda gözlərin ətrafındakı dəriyə həmişə diqqət yetirirlər.

Kosmetoloqlar bu qənaətə gəliblər ki, dərinin ən zərif nahiyəsinə ilk qırışlar əmələ gəlməzdən öncə qulluq göstərilməlidir. Bu dəfəki məqaləmizdə xanımların bu məsələyə daha ciddi yanaşmaları üçün gözlərə qulluq barədə söhbət açacağıq.

Əvvəla onu deyək ki, hazırda mütəxəssislər sifətə qulluqla bağlı fikirlərini dəyişiblər. Əgər vaxtilə sifətə və ya göz ətrafı dəriyə xüsusi qulluğun 30 yaşdan sonra başladığı söylənirdisə, indi bu tendensiya dəyişib. Mütəxəssislər bu qənaətə gəliblər ki, dəridə qırışlar yaranandan sonra deyil, ondan əvvəl xüsusi qulluq etmək gərəkdir. Ona görə də kosmetoloqlar artıq 25 yaşdan sonra göz ətrafı dəri üçün kremlərdən istifadə etməyi tövsiyə edirlər. Sübut olunub ki, belə kremlərdən istifadə qırışların əmələ gəlməsinin qarşısını alır.

Qırışlar üçün olan kremləri hər gün axşamlar və üzünüzü yuduqdan sonra göz ətrafı nahiyələrə çəkin. Göz ətrafı qırışlar üçün krem alarkən onun nəmləndirici, həmçinin tərkibində liposomların, hallagenin və elastinin olmasına diqqət yetirin. Bioloji aktiv maddələr olan allantoin və pantenol dəriyə sakitləşdirici təsir göstərir. Ona görə də göz ətrafı dəri üçün tərkibində yuxarıda sadaladığımız maddələr olan kremlər alın.

Unutmayın ki, sifət üçün ən yaxşı qidalandırıcı krem göz ətrafı dəriyə qulluq etmək üçün münasib deyil. Çünki qidalandırıcı kremlərə müxtəlif növ yağların əlavə edildiyi şübhəsizdir. Piy və yağlar isə göz ətrafını dərini qıcıqlandıra bilər. Doğrudur, göz ətrafı dəri üçün hazırlanan kremlərin tərkibində də yağlar var. Lakin bu yağlar xüsusi olaraq göz ətrafı dəri üçün seçilib.

Əgər səhərlər yuxudan oyanarkən gözləriniz şişmiş vəziyyətdə olarsa, onda isti su ilə yuyunun. Ancaq bu sizin köməyinizə gəlmirsə, tərkibində bitki mənşəli yağlar olan xüsusi qidalandırıcı və sərinləşdirici gellərdən istifadə edin. Belə növ gelləri göz qapaqlarınıza sürtün. Bir neçə dəqiqədən sonra makiyaj edə bilərsiniz.

Əgər göz qapaqlarınızda ağırlıq varsa, daima yaşarırsa, güman ki, sizdə B2 vitamini çatmır. Orqanizmin bu vitaminə olan gündəlik tələbatı 1,2-3 milliqramdır. Lakin qəbul edilən qida çox yağlı olarsa, orqanizmin bu vitaminə olan tələbatı artır. B2 böyük miqdarda quş ətində, süddə, kəsmikdə, lobyada, göbələkdə var.

Gözlərdə qızartı və qıcıqlanma zamanı tünd çaydan və çobanyastığı dəmləməsindən hazırlanan islatma göz qapaqlarına qoyularsa yaxşı təsir göstərər. Amma nəzər alın ki, qızartı yüngül soyuqdəymənin, pis qidalanmanın və ya hansısa xəstəliyin də nəticəsi ola bilər. Ona görə də həkimə müraciət etsəniz yaxşı olardı.

Gözlərdəki yorğunluğu qaynadılmış su ilə yuyulma da apara bilər. Gözlərin yuyulması üçün qaynadılmış suya bitki cövhərlərinin əlavə edilməsi yaxşı effekt verə bilər. Gözlərin isti və soyuq su ilə yuyulması da yaxşı nəticə verə bilər. Bu zaman cökə, kəndəlaş və çobanyastığından hazırlanmış islatmalar xeyirli ola bilər. Bu üçün bir xörək qaşığı çiçəyin üzərinə bir stəkan qaynadılmış su tökün. Dəmləmə otaq şəraitində soyudulduqdan sonra pambığı həmin suda isladıb göz qapaqlarınıza qoya bilərsiniz.

Gözün altındakı torbalanmanı çiy kartof maskası ilə aradan qaldırmaq mümkündür. Bunun üçün kartofu qaynadılmış suda yaxşı yuduqdan sonra onu süzgəcin xırda gözündə çəkin. Daha sonra əvvəlcədən sterilizə edilmiş bintdən hazırlandığınız iki tamponun üzərinə bir çay qaşığı çəkilmiş kartof qoyun. Dairəvi formada kəsilmiş tampon gözün altını tamamilə tutmalıdır. Maskanı 15 dəqiqə saxladıqdan sonra yuyun və gözlərin altına qidalandırıcı krem çəkin.

Gözlərin altının torbalanmasından şikayət edən xanımlar istirahətə daha çox vaxt ayırmalı, çox gec saatlarda yatmamalıdırlar. Onu da qeyd edək ki, bəzən göz altının torbalanması yuxarıda sadalanan amillərlə deyil, daxili orqanların xəstəliyi ilə əlaqəli olur. Ona görə də kosmetik prosedurların köməyinizə çatmadığını görəndə həkimə müraciət edin.

Gözəllik və Moda     Baxılıb: 7188   Tarix: 16 yanvar 2015
f Paylaş

Oxşar xəbərlər

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

turlar.az

gözəllik məhsulları geyim necə seçməli hamilelikde qidalanma oxsamalar əkizlər bürcü bizim məşhurlar yay donlari 2026 kosmetika sevgi kurtlar vadisi sirin qogal yumurta bayati