Kralların ədviyyatının ağlagəlməz faydaları
"Kralların ədviyyatı" adlandırılan hilin sağlamlığımıza saysız faydaları var. Orta əsrlərdə bu ədviyyat Avropada apteklərdə dərman kimi satılıb.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, hil efir yağları, kalsium, fosfor, maqnezium, sink, dəmir, B qrupu vitaminləri, C vitamini, əvəzsiz yağlı turşularla zəngindirir.
Həzm prosesini yaxşılaşdırdığı üçün bəzi Şərq ölkələrində hilin toxumlarını yeməkdən sonra çeynəyirlər. Ağızdan gələn pis qoxunu yox etməklə yanaşı, ürəkbulanmanı da aradan götürür. Bu səbəbdən hamilə qadınlar üçün hildən istifadə etmək məsləhətdir.
İştahı artırır, mübadilə prosesini yaxşılaşdırır, köpü aradan götürür, artıq çəkidən azad edir.
Təbii antiseptikdir, orqanizmdəki ziyanlı mikroorqanizmləri məhv edir. Soyuqdəymə zamanı hili istənilən mayeyə əlavə edib xəstəyə verə bilərsiniz. Ağız boşluğundakı mikrobları da öldürür, diş ağrısını azaldır.
Angina, faringit zamanı hil dəmləmələri ilə qarqaralar çox yaxşı təsir edir.
Bu möcüzəvi ədviyyat sinir sistemini möhkəmləndirir, depressiya, stress və nevrozla mübarizə aparmağa kömək edir, əhval-ruhiyyəni yaxşılaşdırır, beyinin fəaliyyətini stimullaşdırır, yorğunluq və halsızlığı aradan qaldırır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi