Kürdəmirliləri aşağılayan Nazimə xalq artistindən cavab: "Kürdəmirliyəm, Zeynəb Xanlarova kimi..."

Kürdəmirliləri aşağılayan Nazimə xalq artistindən cavab: "Kürdəmirliyəm, Zeynəb Xanlarova kimi..."Xəbər verdiyimiz kimi, ötən gün Faytonçu ləqəbi ilə tanınan müğənni Nazim kürdəmirliləri təhqir etdiyi üçün üzr istəyib. Böyük rezonans doğuran bu məsələ hələ də sosial media gündəmindən düşmür. Yetərincə Kürdəmirli sənət və elm adamlarımız var ki, onların əməyindən hamımız bəhrələnirik. Şəhər, rayon, kənd ayrıseçkiliyi edən sənətçilərimizin nəzərinə çatdıraq ki, yuxarıdan aşağı baxdığımız rayonlarımız da Azərbaycan mədəniyyətinə az töhfə verməmişdir. Təəssüflər olsun ki, elə həmin rayon sakinlərinin sevgisi ilə sənətçi adını qazanan müğənnilərimizdir ki, Azərbaycan torpaqlarında səviyyə bölgüsü edir.

Xalq artisti Sadiq Zərbəliyev xanim.az -a açıqlama verərək məsələ ilə bağlı fikirlərini bölüşüb:
"Şəhər, rayon, kənd müğənnisini ayırmaq düzgün deyil. Müğənnilərin çoxu elə rayondan, kənddən çıxıb. Mən də Kürdəmirliyəm. Vaxtı ilə xalq artisti, millət vəkili Zeynəb Xanlarova kimi şəxsiyyətlə qastrolarda olmuşam. Birlikdə Azərbaycan incəsənətini dünyaya tanıtmışıq. Sənətim ilə dünyanı gəzmişəm. Bizim bundan dəflərlə böyük Qarabağ boyda problemimiz var. Belə söhbətləri tamamilə yığışdırmaq lazımdır. Biz hamımız Azərbaycanlıyıq, gəlin, həmrəy olaq!"

Xanim.az olaraq sizə Kürdəmirdən çıxan Azərbaycan elmində və incəsənətində iz qoyan məşhurları təqdim edirik:

İsmayıl Siracəddin Şirvani (1782-1848) - filosof, Şeyx Şamilin müəllimi
Elşad və Rəvan Qarayevlər - müğənni
Rüşdi Paşa Şirvanzadə - Osmanlı İmperiyasının sədrəzəmi
Gülputa Mənsim qızı Orucova-Sosialist Əməyi Qəhrəmanı
Məmiş Abdullayev - Sovet İttifaqı Qəhrəmanı
Aşıq Şakir - ustad aşıq
Aşıq Əhməd - ustad aşıq
Həsrət Hüseynov - musiqiçi
Eynulla Cəbrayılov - müğənni
Ağamusa Axundov - akademik
Rafael Hüseynov - akademik, filologiya elmləri doktoru, professor
Fəxrəddin Veysəlli - filologiya elmləri doktoru, professor
Vaqif Sultanlı - filologiya elmləri doktoru, professor, yazıçı
Tünzalə Baxşıyeva - AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi əməkdaşı, filologiya elmləri doktoru
Gülzar İbrahimova - AMEA İnsan hüquqları İnstitutunun elmi əməkdaşı, siyasi elmlər doktoru
Alik Nəcəfov - AMEA Riyaziyyat və mexanika İnstitutunun elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru
Amin İsmayılov - AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Baş elmi işçisi, kənd təsərrüfatı elmləri doktoru
Əlikram Məmmədov - tibb elmləri doktoru, professor
Faiq İslamzadə - tibb elmləri doktoru, professor
Nəsrəddin Abışov - tibb elmləri doktoru,professor
Sadıq Zərbəliyev - Azərbaycan Respublikasının xalq artisti
Sadıq Hüseynov - aktyor
Atif İslamzadə - filologiya üzrə fəlsəfə doktoru, şair
Teyyub Mənsim oğlu Orucov - filoloq / əməkdar müəllim
Mehman Musaoğlu - filologiya elmləri doktoru, professor
Ramazan Əhmədli - filologiya üzrə fəlsəfə doktoru
Qara Mustafayev - biologiya elmləri doktoru, professor
Cəbrayıl Usubov - DİN-nin general-mayoru
Zabit Quliyev - Azərbaycanın Milli Qəhrəmanı
Yadigar Cəfərli - filologiya üzrə fəlsəfə doktoru
Babək Xalistürk - bilologiya elmləri doktoru, AMEA-nın A.İ.Qarayev adına Fizilogiya İnstitutunun aparıcı elmi işçisi
Hacıqulu Bağırov - ATU-nun cərrahi xəstəliklər kafedrasının dosenti, tibb elmləri namizədi[17]
Oqtay Cəlilbəyli - filologiya üzrə elmlər doktoru, BDU-da kafedra müdiri
Ağaverdi Xəlil - filologiya üzrə elmlər doktoru, folklorşünas
Səfalı Əliyev - müğənni, muğam ifaçısı
Fərid Hüseyn - şair, publisist
Qəşəm İsabəyli - uşaq şairi

Xatırladaq ki, Faytonçu Nazim Muz TV-yə müsahibəsində "Mən "qıjı" mahnıları ifa edən musiqiçilər, müğənnilər üçün Kürdəmirdə məkan yaradardım, deyərdim ki, nə istəyirsiniz, burada edin, çalın, oxuyun, efirə də çıxın. Buradan kənara çıxmayın. Bakı əsl sənətkarlara qalardı" cümlələrini demişdi.

Maira Namazova

Xəbərlər     Baxılıb: 2660   Tarix: 21 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

makiyaj etmek qaydalari sac duzumleri aksessuarlar sirniyyatlar badimcan murebbesi hazirlanmasi böyürtkənin faydaları faydalı bitkilər kosmetika penis turpun nağlı haxisda vətən həsrəti sağlamlığa aid atalar sözləri