Layneri göz formasına görə çəkin - QAYDA
Göz layneri çəkməyin bir sıra incəlikləri var. Göz formanıza uyğun olmayan layner çəkdikdə gözləriniz səliqəsiz olar və üz formanıza xələl gətirər. Bu kimi halların qarşısını almaq üçün göz formanıza uyğun layner çəkməlisiniz. Aile.lent.az bunun bir neçə sirri ilə xanımları tanış edir.
Badam göz formasına sahib olanlar
Gözlərin daxili və xarici küncləri eyni səviyyədə olmalı və daxili küncləri arasındakı məsafə bir gözün uzunluğuna bərabər olmalıdır. Bu gözəl göz formasına layner çəkmək olduqca sadədir. İlk növbədə daxili küncdən xaricə doğru göz qapağı üzərindən uzun bir xətt çəkin. Xarici köşədəki xətti uzadın, ancaq xəttin kənarına keçməyin. Bu, gözləri daha geniş və cazibədar göstərəcək.
Qapağı aşağı gözlər
Bu tip gözlərdə layner ümumiyyətlə çox görünmür. Ona görə də bu tip gözlərə layner çəkməzdən əvvəl kirpikləri ön plana çıxarmaq lazımdır. Daha sonra kirpik diblərinizə tətbiq etdiyiniz layner daha böyük gözlərə sahib olmanızı təmin edəcək.
İri gözlər
Bu tip gözlərin onsuz da ümumi mənada makiyaja ehtiyacı yoxdur və göz layneri çəkmək olduqca asandır. İri gözlərə layner çəkərkən diqqət yetirməniz lazım olan yeganə əhəmiyyətli məqam gözlərin bitən yeridir. Layneri bir az uzatmaq baxışlarınıza gözəl məna verər.
Qıyıq gözlər
Qıyıq gözlər son dərəcə seksual və cazibədar görünür. Ancaq kiçik olduğu üçün şikayət edirsinizsə, göz qapağınızın içlərinə ağ göz qələmi tətbiq edə bilərsiniz. Daha iri və parlaq bir görünüşə qovuşmaq üçün kirpiklərinizin arasına ağ qələm çəkdikdən sonra üst göz qapağını vurğulamaq üçün orta hissədən xaricə doğru incə qara xətt çəkin.










İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Hakışta
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Yalı çapkını'nın ulduzlarının övladı olacaq
"Həmin mahnını elə-belə yazmışdım" - Səbinədən etiraf
Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir
Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı
Dünəndən qalan çayı içmək olar?
Kivini qabığı ilə yeməyin bu faydaları varmış
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun