Liposaksiya insanı necə öldürür? - Azərbaycanlı cərrah AÇIQLADI

Liposaksiya insanı necə öldürür? - Azərbaycanlı cərrah AÇIQLADISon zamanlarda bir çox gənc qız və qadınların üz tutduğu qarın piylərinin liposaksiyası əməliyyatı ölüm təhlükəsi yüksək olan əməliyyatlardandır.
Publika.az xəbər verir ki, fleboloq-cərrah İsmayıl Əsgərov "Liposaksiya ölümə səbəb ola bilərmi" sualına cavab verib. Həkim bildirib ki, hər bir invaziv müdaxilə vaxtı ölüm baş verə bilər:
"Əksər vaxt bu, tromb (qan laxtası) emboliya (qopması) nəticəsində baş verir. Amma liposaksiya vaxtı təkcə trombemboliya deyil, həm də piy emboliyası kimi fəsad yarana bilir. Piy emboliyası sindromunun 3 əsas simptomu var: kəskin tənəffüs çatışmazlığı, nevroloji disfunksiya və dəri zədələnmələri. Liposaksiyadan 12-72 saat sonra nadir hallarda baş verir.
Liposaksiya zamanı dərialtı qatdakı piy toxuması "əridilmiş", əzilmiş, parçalanmış bir vəziyyət alır. Həmin toxuma parçalarının əksəriyyəti çıxarılır, lakin bəziləri zədələnmiş vena damarlarından mənfi təzyiq hesabına sorulub, ümumi qan dövranına daxil olur. Mikro piy hissəcikləri əsasən ağciyər, beyin, böyrək və dəri kimi orqanlarda emboliyaya, "tıxanmağa" səbəb ola bilər. Ağciyərlərdə qan dövranının piylə tutulması nəticəsində qazlar mübadiləsi kəsilir, nəfəs çatışmazlığı başlayır. Bundan əlavə, parçalanmış piy hüceyrələrindən çıxan bioaktiv maddələr piy emboliyası sindromunda iltihab və hüceyrə məhvini artırır. Əksər vaxt klinik əlamətlər çox zəif təzahür edir, xəstəni ümumiyyətlə narahat etmədən öz-özünə aradan qalxır.
Diaqnoz çətindir; "Gurd" və "Wilson"un diaqnostik klinik kriteriyaları hələ də istifadə olunur. Təəssüf ki, hazırda liposaksiya sonrası piy emboliya sindromu üçün xüsusi terapiya yoxdur, bu səbəbdən də ölüm riski həddindən artıq yüksəkdir".
Xatırladaq ki, bir neçə gün əvvəl "Baku Medical Plaza"da liposaksiya əməliyyatı keçirən, özü də həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişib. Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloqu əməliyyat edən həmkarı isə daha əvvəl də adı xəstə ölümlərində hallanan estetik-cərrah Sirus Qoçxani olub.
Onu da bildirək ki, estetik-cərrah Sirus Qoçxani 2017-ci ilin iyun ayında 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman "Zəfəran Hospital"da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 2573   Tarix: 30 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

turlar.az

makiyaj instagram gözəllik məhsulları hamilelikde qidalanma atalar sözləri maraqlıdır xına bayatıları cinsi zəiflik kosmetika turpun nağlı englishdilində qulaq vətən haqqında bayatı vetene aid atalar sozu heyati