Maska taxanların əsas SƏHVLƏRİ AÇIQLANDI
Hazırda insanlar maskaları sağlamlığı qorumaq və koronavirusdan müdafiə olunmaq üçün deyil, ictimai nəqliyyatdan istifadə edərkən, mağazalara gedərkən cərimə olunmamaq üçün istifadə edirlər.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyada LOR klinikasının rəhbəri, tibb elmləri namizədi Vladimir Zaytsev bildirib.
Onun sözlərinə görə, maska çənəni deyil, burun və ağzı örtməlidir.
"Maskanı səhv taxmaq koronavirus infeksiyasına yoluxmaya gətirə bilər", - deyə o xəbərdarlıq edib.
Həkim bir maskanın maksimum bir neçə saat taxıla biləcəyini qeyd edib.
"Ancaq bəzi insanlar eyni maskanı həftələrlə taxırlar", - deyən həkim bu yanaşmanın səhv olduğunu açıqlayıb.
Zaytsev qeyd edib ki, ictimai nəqliyyatda tutacaqdan tutulubsa, domofon, lift və ya bankomatdakı düymələr basılıbsa, üzə, buruna və ya gözlərə əllərlə toxunmaq olmaz.
Onun sözlərinə görə, insanların başqa bir səhvi mağazalar, ticarət mərkəzləri və digər ictimai yerlərdə nadir hallarda əl sanitayzerlərindən istifadə etmələridir.
Bununla belə, o, sosial məsafənin saxlanılmamasını ən böyük səhv adlandırıb.









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir