Migren ömür boyu əziyyət çəkəcəyiniz bir xəstəlik deyil

Migren ömür boyu əziyyət çəkəcəyiniz bir xəstəlik deyilAğrılar xroniki və kəskin olmaqla iki hissəyə ayrılır. Xroniki ağrıların ən mürəkkəblərindən biri də miqren ağrısıdır.

Miqrenlə bizə müraciət edənlərin əksəriyyəti 15-20 il dərman müalicəsi almış xəstələrdir. Adətən miqren diaqnozu qoyulan insanlar bütün ömürləri boyu bu xəstəlikdən əziyyət çəkəcəklərini düşünürlər. Lakin bu səhv anlayışdır. Hazırda ardıcıl bir dərman qəbulu ilə müalicə edilə bilməyən xəstələrə sfenopalatin qanglion blokadası tətbiq etməklə ciddi müsbət nəticələr əldə olunur. Onu da qeyd edim ki, bu müalicə üsulu yalnız Mərkəzi Klinikada tətbiq edilir. Adətən xəstələr ilk müdaxilədən sonra razı qalırlar. Bu müdaxilənin köməyi ilə miqrendən əlavə bir sıra digər bu kimi xəstəliklərdə də müsbət nəticələr almaq olur. Sfenopalatin qanglion kəllədəki sempatik inervasiyanı təmin edən mərkəzlərdən biridir və kəllədaxili damarların daralıb-genişləməsini kontrol edir. Bizim tətbiq etdiyimiz blokada və ya radiofrekans ablasyası bu damardakı dəyişiklikləri məhdudlaşdırır.

Sfenopalatin bloku az bilinən müalicə üsuludur və nəinki ölkəmizdə, hətta dünyada bunu tətbiq edən mütəxəssis sayı olduqca azdır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Mərkəzi Klinikanın reanimasiya şöbəsinin müdiri, reanimatoloq, alqoloq Vüqar Abdulkərimov bildirib.

-Miqrenin əsas xüsusiyyətləri hansılardır?

-Miqrenin əsas xüsusiyyəti auradır ki, bu da gələcək ağrını əvvəlcədən hiss etmək deməkdir. Aura hər xəstədə fərqli formada özünü büruzə verir. Miqren çox mürəkkəb bir xəstəlikdir. Xəstəliyin daha mürəkkəb forması isə aurasız miqrendir. Xəstəliyin qadınlarda görülmə sıxlığı kişilərə nisbətən üç dəfə çoxdur. Qadınların 20, kişilərin isə 8 faizi bu xəstəlikdən əziyyət çəkir. Xəstəliyin xüsusiyyətləri xəstəyə görə dəyişir. Ağrılar zonquldayıcı və ya kəskin olaraq, başın tək tərəfində və əsasən gicgah nahiyəsində meydana çıxır. Lakin tutmalar zamanı bəzən başın hər iki tərəfində də şiddətli ağrılar ola bilər. Ağrı adətən 2-72 saat davam edir. Bəzi xəstələrdə bu ağrılar həftədə bir, bəzilərində isə ildə bir və ya daha az ola bilər. Aura dediyimiz baş ağrısından əvvəl başlayır və ağrının xəbərini verir.

Bununla yanaşı tutmalar zamanı ürəkbulanma, qusma ilə yanaşı görmə, eşitmə və qoxu hissi ilə əlaqəli müxtəlif pozuntular da meydana çıxa bilər. Ən sıx görülən əlamət görmədə parlaq nöqtə və ya xətlərin yaranmasıdır. Bu pozuntular bir neçə dəqiqə və ya bir neçə saat davam edə bilər. Adətən bu problem baş ağrısı başladıqda itir. Aura zamanı əlavə olaraq qulaqda səs, danışmada çətinlik, bədənin bəzi hissələrində uyuşma və hissiyyat orqanları ilə əlaqəli pozuntular müşahidə oluna bilər. Miqren tutmaları zamanı isə yüngüldən başlayaraq çox şiddətli dərəcəyədək yüksələn baş və ya boyun ağrıları olur. Ağrı keçdikdən sonra xəstə özünü halsız və yorğun və ya şən hiss edə bilər ki, bu da insana görə dəyişir. Ağrının sıxlığı fərdə və əmələ gəlmə səbəblərinə görə fərqlənir. Adətən sadə miqrenlər daha çox görülür. Lakin yaş artdıqca tutma sıxlıqları azalır. Miqren tutmaları zamanı ağrı ilə birlikdə görünən əlamətlər qəbizlik və ya ishal, əsəbilik, mədə bulanması və qusma, işığa, səsə, iylərə qarşı həssaslıq, baş dərisinin həssaslaşması, boyun, kürək ağrısı və ya tutulması, əl və ayaqlarda ağrılar və ya sızıldamalar, toxunma hissinin zəyifləməsidir. Lakin onu da deyim ki, aurasız miqrenlərdə görmədə pozuntu və ya qusma olmaya bilər. Bəzi xəstələrdə isə miqren özünü qarında köp, üşümə, əl və ayaqlarda soyuqluq, əsnəmə, ağız quruluğu, bədəndə suyun toplanması, həddindən artıq tərləmə, burun axması, aclıq, şirin yemək istəyi və ya iştahanın azalması, diqqət pozuntuları, fikir dağınıqlığı, düşüncədə yavaşlama, kəlimə tapmada çətinlik, danışıq zamanı ani dayanmalar, durğunluq, donuqluq, bəzən aktivlikdə hədsiz artım, ürək döyüntüsündə tezləşmə və yüksəkdə baş hərlənmə kimi də büruzə verir.

-Bu xəstəlik həyat üçün nə qədər təhlükəlidir?

-Ümumiyyətlə miqren şiddətli baş ağrısı ilə yanaşı həyat keyfiyyətinin də aşağı düşməsinə səbəb olan bir xəstəlikdir. Lakin buna baxmayaraq həyat üçün təhlükəli deyil. Amma ciddi depressiyalara səbəb olaraq insanları intihara qədər götürə bilər. Hər yaşda görülə bilən bu problem adətən özünü 20 yaşlarda büruzə verməyə başlayır. Uşaqlar da miqren xəstəsi ola bilər, lakin bu zaman verilən dərmanlar və onların miqdarına ciddi nəzarət etmək lazımdır.

-Miqrenin yaranma səbəbləri nələrdir?

-Dünya alimləri tərəfindən miqreni yaradan səbəblərin öyrənilməsi ilə yanaşı, xəstəlik aktivləşdiyi zaman bədəndə nələrin baş verdiyini anlamaq üçün də bir sıra tədqiqatlar aparılıb. Bu dəyişikləri əmələ gətirən səbəblərin nə olduğu haqda bəzi fərziyyələr mövcuddur.

Tədqiqatçılar miqrenin beyin qan axımı ilə əlaqəli bir pozuntu olduğu istiqamətində həmfikirdirlər. Az anlaşılan bir çox faktorun bu pozuntu üzərində təsiri olduğu düşünülür. Beyin qan dövranındakı dəyişikliklər miqrenin vacib hissəsini təşkil edir. Bu problemin beyin-qan dövranındakı dəyişikliklə əlaqədar olduğu düşünülür. Belə ki, ağrını yaradan səbəblər olaraq kəllə içərisində damarların genişlənməsi göstərilir. Dünya alimlərinin fikrincə illər boyu başdakı qan damarlarının yığılması və sonra genişlənib şişməsi ağrının əsas səbəbidir.

Son tədqiqatlar isə müəyyən maddələrin və ya hadisələrin beyindəki kimyəvi maddələrin tarazlığını pozmaq sürəti ilə miqreni oyatdığı düşünülür. Bu maddələrin ən vaciblərindən biri serotonindir. Qanda serotonin səviyyəsi miqren vaxtı dalğalanır. Belə ki, qanda serotonin miqdarı baş ağrısından əvvəl çoxalır və ağrı vaxtı azalır.

-Bu xəstəliyin nə kimi genetik xüsusiyyəti var?

-Miqrendə ailəvi xarakter var. Bir çox miqren xəstəsinin ailəsində başqa bir "miqren" daha olur. Bu problemdən əziyyət çəkənlərin 50-60 faizinin ana və atalarının miqren xəstəsi olduğu müəyyən edilib. Xəstəliyin əvvəl müəyyən psixoloji profilə sahib olan insanlarda ortaya çıxdığı düşünülürdü. Miqren xəstələrinin nevrotik, obsesif, kompulsiv, qatı və basdırılmış düşmanlıq hislərinə sahib olduğu deyilirdi. Lakin son 15 ildə aparılan tədqiqatlar miqren xəstələrinin psixoloji profillərinin normal olduğunu sübut edib.

-Miqreni oyadan səbəblər hansılardır?

-Fizioloji səbəblərdən asılı olmayaraq miqreni başladan bəzi faktorlar təsbit edilib. Bu faktorların fərdə görə dəyişməsinə baxmayaraq onların arasında ən sıx rast gəlinənləri də var. Bunlar yüksəklik dəyişiklikləri, hava kirliliyi, parlaq günəş və ya lampa işığı, kompüter monitorları, saçin yuxarıdan toplanması və ya saç sıxıcıları, yüksək və davamlı səs-küy, ətir, benzin, rəng və digər kimyəvi maddə iyləri, hava dəyişiklikləri, hava almayan məkanlar, mövsüm dəyişikləri, alkoqol (xüsusilə qırmızı şərab), sintetik dadlandırıcılar, kofein, kokos və ya kokos yağı, qızartmalar, buğda məmulatları, dərmanlar, kontraseptivlər, fiziki travma, başa təzyiq kimi amillərdir.

-Miqren tutmaları zamanı adətən hansı dərmanlardan istifadə olunur?

-Miqrendə dərman müalicəsi iki məqsədlə istifadə olunur. Bu tutmaların qarşısını almaq, tutma sıxlığını azaltmaq və ya başlayan ağrını aradan qaldırmaq və şiddətini azaltmaq. Ağrını kəsmək üçün istifadə olunan dərmanlar ağrı başladıqda, yəni aura zamanı alındıqda daha yaxşı təsir göstərir. Bu dərmanlar həb, şam, iynə və tənəffüs yolu ilə qəbul olunan sprey formasında ola bilər. Ağrını kəsmək üçün istifadə olunan dərmanlar sadə ağrıkəsicilərdən fərqli olaraq bir neçə dərmanın birgə istifadəsi də ola bilər. Miqren ağrısı üçün genişlənmiş qan damarlarını daraldıcı, ürək bulanma və qusma əleyhinə də dərmanlar istifadə oluna bilər.

-Bu dərmanların istifadəsi zamanı nələrə diqqət edilməlidir?

-Dərman istifadəsində diqqət edilməsi vacib olan bir neçə məqam var. Bu dərmanların mütləq həkim tövsiyəsi ilə istifadə edilməlidir. Bundan başqa dərmanın dozasına diqqət yetirilməsi mütləqdir. Əlavə dozada istifadə edilən dərman mənfi təsirlərə səbəb ola bilər. Həkimin xəbəri olmadan hansısa bir dərmanı dəyişmək olmaz.

-Tutmalar zamanı dərman xaricində hansı üsullardan istifadə etmək olar?

-Ağrı başladıqda qaranlıq və səssiz bir otaqda yatmağa çalışmaq lazımdır. Bundan əlavə soyuq hava və ya duş qəbulu, idman, boyunun arxasına isti kompres, təmiz havada tənəffüs, baş və boyun masajı, ayaqları isti suya salmaq da ağrını yüngülləşdirə bilər.

Onu da qeyd edim ki, hər baş ağrısı miqren deyil. Bəzi baş ağrıları çətin bir xəstəliyin xəbərçisi də ola bilər.

Sağlamlıq     Baxılıb: 1880   Tarix: 26 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

turlar.az

sonxeber.az sac duzumleri toy gecesi reseptler hamileliyin ilk elameti aybasi qara qaragat evdarlıq kitabı baldiza aid haxisda qiz burcu zəhmət vusale elizade baldiza aid hakisda