Miksoma nədir?

Miksoma nədir?Ürək miksoması - qulaqcıq - və ya mədəcikdaxili böyümə ilə xarakterizə olunan birincili şişdir. Böyüklərdə ürəyin xoşxassəli şişləri arasında 50%, uşaqlarda isə 15% hallarda rast gəlinir. Miksomaların 75%-i sol, 20%-i isə sağ qulaqcıqda yerləşir;  az hallarda şiş mədəcikləri və ya qapaq aparatını zədələyir. Miksoma daha çox 40-60 yaşlı şəxslərdə, xüsusən qadınlarda müşahidə olunur.
Miksoma - çoxlu miqdarda selikdən ibarət birləşdirici toxuma şişidir. Ürəkdən əlavə, miksoma əzələarası toxuma, ətraflar, aponevroz və fassiyalar nahiyəsi, bəzən isə sidik kisəsi və sinir kötüklərində aşkarlana bilər.Miksomalı xəstələrdə qəfləti ölüm riski 30% təşkil edir. Xəstəliyin təbii gedişində orta ömür müddəti əlamətlərin yarandığı andan 2 ili ötmür. Pasiyentlərin ölümünə şiş emboliyası və ya ürəyin qapaq dəliklərinin okklüziyası səbəb olur.Əməliyyatdan sonra əksər pasiyentlərdə tam sağalma və ya vəziyyətin yaxşılaşması qeydə alınır. Şişin postoperasion residivləri izoləolunmuş ürək miksomasında 1-2%, irsi sindromlarda isə 12-22% hallarda yaranır. Solitar miksoma zamanı şişin təkrar formalaşması onun birləşdiyi sahənin tam kəsilməməsi ilə əlaqədardır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1225   Tarix: 16 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

kosmetoloq geyim dəbləri qaşların formalari byanka dirnaqlara qulluq maskalari zara ayaqqabilari 2026 psixoloq meslehetleri kosmetika kahfe kali babasil qu quşu pehriz veten seirleri