Mövsüm trendi: ağla qaranın vəhdətindən ilham alın – FOTOLAR

Mövsüm trendi: ağla qaranın vəhdətindən ilham alın – FOTOLARAğla qara istənilən mövsümdə aktuallığını qoruyub saxlaya bilir. Bununla da məğlubiyyətsiz olduğunu sübut edir.
Heç dizaynerlər də bu iki kontrast rəngi illərdir kolleksiyalarında istifadə eləməkdən yorulmurlar. Onların hər ikisi ayrı-ayrılıqda bütün rənglərlə ideal harmoniya təşkil edə bilir. Lakin qara ilə ağın birləşməsi  də çox tez-tez üstünlük verilən çalarlardır.
Ağ-qara dəstlər həddən artıq ciddi görünür, bu səbəbdən də adətən məktəbli forması və ya işgüzar stil ilə assosiasiya olunur. Ağ və qara rəngdə geyinən adam görəndə də ifadələrimizə ikiqat diqqət edir və məsafə saxlamağa çalışırıq. Bəs ciddi və darıxdırıcı görünməmək üçün nə etməli?
Şirkət işçisinə oxşamamaq üçün ciddi fasonlardan qaçın, onun yerinə qeyri-adi kəsimlərə yönəlin. Əlbəttə ki, sizi əcaib göstərən, həddindən artıq qəribə fasonlar geyinməyi  məsləhət görmürük. Sadəcə ekstravaqantlıqla sadəlik arasında balansı qorumağa çalışın.
Məsələn, ənənəvi düyməli ağ köynəyi qara şalvar tandemini əksinə tətbiq edin. Bu halda obraz daha cəlbedici və effektli alınacaq. Bu dəst istisnasız olaraq hər məkan üçün uğurlu seçim olacaq. Ayaqqabı seçimində siz tamamilə azadsınız, bu dəstin həm idman, həm də klassik modellərlə yaxşı görünəcəyindən arxayın ola  bilərsiniz.
Yeri gəlmişkən, bir-biri ilə rahat uyğunlaşan ağ-qara çalarları romantik axşam görüşü üçün də uğurlu variantdır. Siz ağ-qara zolaqlı don seçə, yaxud qara donu qara dikdaban və ağ pencəklə tamamlayaraq dəbdəbəli obraz yaradacaqsınız.
Sonda yadda saxlayın ki, tamamilə qara rəngə bürünmək də məsləhət deyil. Qara rəngdən çox istifadə edərək əhval-ruhiyyənizi riskə ata bilərsiniz. Qara rəng bəzi vaxtlarda depressiyaya sala bilir. Qara rəng limitlə olaraq istifadə edilməlidir. Lakin qaradan fərqli olaraq, ağ rəngdən limitsiz istifadə edə bilərsiniz.
Publika.az
Mövsüm trendi: ağla qaranın vəhdətindən ilham alın – FOTOLARMövsüm trendi: ağla qaranın vəhdətindən ilham alın – FOTOLARMövsüm trendi: ağla qaranın vəhdətindən ilham alın – FOTOLAR

Mətbəx     Baxılıb: 2796   Tarix: 24 may 2019
f Paylaş

Oxşar xəbərlər

.

Bulqur salatı (Kısır)

Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Mən onu birinci dəfə dadandan sonra o qədər bəyənmişəm ki, Türk məclislərin

.

Cinnabon – Darçınlı bulka resepti

Hamının sevdiyi darçınlı bulkaların adı bütün dünyada məşhur olan Cinnabon şirkəti ilə əlaqəlidir. Cinnabon – "cinnamon" ingilis dilindən darçın, "bone" – latın dilindən yaxşı deməkdir. 1985-ci ildə at

.

Əsl kəllə-paça RESEPTİ

Qışda sümükləri, toxumaları, bədəni xaş və kəllə-paçadan başqa nə isidə bilər, nə canlandırar? Övladlarınızı bu milli yeməklərə alışdırın, sevdirin. Ərzaqlar:. - 2 ədəd mal (dana) ayağı. - su. - baş soğan. - duz. - yumr

.

Kəsmikli Bananli Tort

Ərzaqlar. 4 yumurta . 350 qram şəkər . 180 qram un . 5 xörək q. kakao tozu . 1 paket qabartma tozu . 4 xörək q. qaynar su . 250 qram kəsmik . 15 qram jelatin . 500 qram 33 %-li qaymaq . 4 ədəa banan . 100 qram tünd şokolad

.

Ləzzətə hopdurulmuşdur: Fan Kartof Resepti

Fan Kartof Resepti üçün Tərkibi. 4. orta ölçü. kartof. 5. yemək qaşığı. kərə yağı. bir. diş. sarımsaq. bir. desert qaşığı. duz. 3-4. filial. rozmarin (istədiyiniz kimi). bir. çay qaşığı. təzə doğranmış qara bibər. İkinc

.

Mövsümi şorba: Düyü Yoğurt Şorbası Resepti

Pirinç Yoğurt Şorbası Resepti üçün Tərkibi. 2 -ci. litr. Bu. 5-6. yemək qaşığı. düyü. bir. yemək qaşığı (yığma). Şöhrət. bir. nömrə. yumurta. 1.5. su şüşəsi. qatıq. 2 -ci. çay qaşığı. duz. bir. desert qaşığı. quru nanə. Yuxarıdakıla

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

.

Balqabaqlı Keks (Video)

Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə dəfələrl

.

Yumurtalı ət ruleti (foto resept)

Tərkibi:. Farş- 500 q. Soğan- 1 ədəd. Sarımsaq- 1 diş. "Best cow" kərə yağı- 50 q. Şüyüd- 1 dəstə. Yumurta- 3 ədəd. Duz-istiot. Hazırlanması:. Soğanı xırda-xırda doğrayıb kərə yağında ızarana qədər bişiririk. Soğanı

turlar.az

aksessuarlar donlar 2026 maskalar qadın aksesuarları goz altı qırışlar qadın dünyası.az cinsəl sağlamlıq kosmetika hakistalar vicdan nağıllar aslan novruz bayramına aid hakıştalar