Nə üçün təzyiq dərmanlarını və ağrıkəsiciləri səhər saatlarında içmək olmaz?
Bir çox dərman preparatlarının təsiri günün müəyyən saatlarında artır və ya əksinə azalır.
Bu ilk növbədə insan orqanizminin bioloji ritmləri ilə bağlıdır.
Böyük Britaniyanın Uorvik Universitetinin alimləri sübut edir ki, bioloji ritmlər orqanizmin bütün fəaliyyətini kontrol edir. Belə ki, onlar bizə nə zaman yatmaq, dincəlmək və əksinə aktiv olmaq lazımdır diktə edir.
Alimlərin sözlərinə görə təzyiq dərmanlarını səhər deyil, axşam, yatmazdan əvvəl içmək lazımdır ki, bu hipertoniya xəstələrinin səhər saatlarında təzyiqin təbii olaraq qalxmasından xilas edəcək. Məhz bu qaydaya əməl etməklə əksər hallarda sübh saatlarında baş verən ürək tutmaları və insultun riskini azaltmaq mümkündür.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, həmçinin mütəxəssislərin sözlərinə görə, səhər saatlarında analgetikləri, məsələn parasetamolu da içmək ziyanlıdır. Səhər saatlarında qaraciyərdə enzimlərin səviyyəsi yüksək olur və preparat daha tez bir müddət ərzində mənimsənilir, onun konsentrasiyası maksimuma çatır və nəticədə orqanizmə olan toksiki təsiri də artır.
Digər tərəfdən vitamin preparatlarının bir çoxu məhz günün 1-ci yarısında içilməlidir ki, bu onları daha effektli edir.
Milli.Az /news.milli.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Damarları açır, ürəyi gücləndirir
45 yaşlı aktyor evində ölü tapıldı
Nazilə İçərişəhərdə parklanma qiymətindən şikayətləndi
Konsertini buna görə təxirə saldı
Hər kəs istifadə edir: Ölümcül riski çox yüksəkdir
Mətbəxdəki gizli təhlükə: Vücuda daxil olduqda böyrəkləri sıradan çıxarır - FOTO
Yuxudan oyanan kimi bunları edin