Normal uşağın boyu ildə nə qədər artmalıdır?

Normal uşağın boyu ildə nə qədər artmalıdır?Bir sıra xəstəliklər kimi keçid dövründə uşaqlarda meydana gələn boy patologiyalarında da son zamanlar çoxalma müşahidə olunur. Belə ki, cırtdanboyluqla əlaqədar müraciətlərin sayı digər illərə nisbətən artıb. Bu patologiyaya keçid dövründə daha çox rast gəlinir. Valideynlər uşağın yeniyetmə dövründə boy atacağını gözləyir. Bu baş vermədikdə isə həyəcanlanmağa səbəb yaranır və çox hallarda müdaxilə etmək üçün artıq gec olur. Belə ki, bu uşaqları müayinə etdikdə onların böyümə zonalarının artıq tam bağlı və yaxud məhdud olduğu müşahidə edilir. Belə olduqda heç bir dərman preparatı kömək etmir.

Boyun tez artması cinsi inkişafın tez başlaması deməkdir ki, bu da hazırda uşaqların böyük bir əksəriyyətində müşahidə edilir. Keçid dövrünə erkən girən uşaqların böyümə zonaları da tez bağlanır. Misal üçün əgər əvvəllər qızlarda keçid dövrü 13-15 yaş arası başlayırdısa, hazırda bu hal orta hesabla 9-11 yaşda qeydə alınır. Bu da o deməkdir ki, belə uşaqların boy artımına daha çox diqqət yetirmək və hər hansı bir şübhə yarandıqda yubanmadan həkimə müraciət etmək lazımdır.

Bunun üçün ilk olaraq uşağın müayinədən keçərək bioloji yaşı müəyyən edilir. Belə ki, fiziki inkişaf bioloji yaşdan asılıdır. Böyümə zonalarından asılı olaraq uşaqlarda cırtdanboyluqla yanaşı, boyun həddindən artıq ucalığı da görülə bilir.

Misal üçün əgər uşağın bioloji yaşı fiziki yaşından çoxdursa və boy bioloji yaşa uyğundursa (həmyaşıdlarına nisbətən daha ucaboy) bu patologiya deyil. Bu uşağın digərlərinə nisbətən daha tez inkişaf etdiyini göstərir. Yaxud, bioloji yaş fiziki yaşdan azdırsa və boyu fiziki yaşla uyğundursa bu uşağın digərlərinə nisbətən daha gec yetişdiyini göstərir ki, bu zaman da həyəcanlanmağa bir səbəb yoxdur. Bu uşağın daha gec inkişaf etdiyini göstərir. Lakin bioloji yaş fiziki yaşla üst-üstə düşdüyü halda boy hər iki yaşa nisbətən azdırsa bu artıq uşağın boyunun gələcəkdə qısa olacağını göstərir.

Bioloji yaşın müəyyən edilməsinə gəldikdə isə, bu çox sadə üsulla yoxlanılır və valideynlərin müayinədən qorxmalarına bir səbəb yoxdur. Bu ilk olaraq biləklərin rentgenoqramasıdır ki, orada hər bir dəyişikliyi tam və açıq gömək mümkündür.

Ümumiyyətlə, onu demək istərdim ki, uşağın normadan daha zəif inkişaf etdiyi müşahidə edildikdə onun həkim-endokrinoloqun müayinəsindən keçməsi vacibdir. Bundan əlavə, keçid dövründə olan uşaqlarda boy və çəkiyə nəzarət edilməlidir. Normal uşaq ildə beş-altı santimetr artmalıdır. Ümumiyyətlə, uşaqlar ömürlərinin orta hesabla ilk ilində 24 santimetr, bir-iki yaş arası 12-13 santimetr, üçüncü il 8-9 santimetr və dörd-beş yaşdan yeniyetmə dövrədək ildə beş-altı santimetr artmalıdır. Keçid dövründə artıq kəskin boy artımı başlayır ki, bu zaman normal inkişaf edən uşağın boyu ildə orta hesabla 12-15 santimetr artır. Lakin onu da qeyd etməliyəm ki, burada genetik faktorlar da nəzərə alınmalıdır

Ailə və Uşaq     Baxılıb: 2593   Tarix: 10 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

turlar.az

geyim necə seçməli reseptler toy makiyajlari intim hekayələr qadin donlari şəxsi inkişaf tort reseptləri kosmetika haxista qoğalın nağlı rus dilin nece orenek masturbasiya xanim az