Normal və quru üz dərisinə sahib olan xanımlarımız üçün maskalar

Normal və quru üz dərisinə sahib olan xanımlarımız üçün maskalarNormal və quru üz dərisinə sahib olan xanımlarımız üçün maskalar

100 ml qızılgül suyu bir az qızdırılır, 25 qr süd tozu və 1 yemək qaşığı çiçək balı qatılaraq qarışdırıldıqdan sonra, 30 qr badam yağı tökülür və yenə qarışdırılır. Soyuq yerdə saxlanılır. Bu qatışıq ilə dəri yaxşı ovulur və daha sonra yumşaq isladılmış parça ilə və yaxud pambıqla təmizlənir.

Qabığı soyulan alma rəndədən keçirilir, 1 yemək qaşığı kremlə qarışdırılır. Üzə, boyuna və çiyinə çəkilir,10 dəqiqə qaldıqdan sonra ilıq su ilə yuyulur.

1 çay qaşığı qlükoza, 10 ml sirkə, 1 yumurta sarısı ilə qarışdırıldıqdan sonra, 40 ml günəbaxan yağı qatılır, krem vəziyyəti alana qədər qarışdırılır. Şüşə qaba qoyularaq soyuqda saxlanılır. Istifadədən sonra pambıqla təmizlənir və ilıq su ilə yuyulur.

2 yemək qaşığı krem, 1 yemək qaşığı çiçək balı ilə qarışdırılır və mayonez halını alana qədər günəbaxan yağı qatılır. Axşamları maska olaraq 10 dəqiqə üzə sürtülür. Sonra üz ilıq su ilə yuyulur.

1 orta ölçülü xiyar, qabığı soyulduqdan sonra mətbəx robotundan keçirilir və tənziflə süzülərək 1 limonun yarısının suyu, 25 qr badam yağı, 50 ml yerkökü suyu əlavə edilərək yaxşıca qarışdırılır. Axşamlar bu maye ilə isladılmış pambıq vasitəsilə dəri təmizlənir. Hər dəfə istifadədən sonra çalxalanır.

2 orta ölçülü yerkökünün suyuna 1 yumurta sarısı və 1 çay qaşığı günəbaxan yağı qatılaraq yaxşıca qarışdırılır. Dəri bu maye ilə ovulur. 15 dəqiqə üzdə saxladıqdan sonra ilıq su ilə yuyulur.

Gözəllik və Moda     Baxılıb: 4505   Tarix: 12 yanvar 2015
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

turlar.az

gözəllik məhsulları geyim necə seçməli hamilelikde qidalanma oxsamalar əkizlər bürcü bizim məşhurlar yay donlari 2026 kosmetika sevgi kurtlar vadisi sirin qogal yumurta bayati