"O baxır adama, bir də ştamma..." - Vaksin koronavirusdan neçə müddət qoruyur?

"O baxır adama, bir də ştamma..." - Vaksin koronavirusdan neçə müddət qoruyur?"The Washington Post" qəzeti koronavirusa qarşı vaksinin insanı hansı müddətə qoruduğunu araşdırıb, ekspertləri danışdırıb.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, klinik sınaqlara əsasən immunitetin üç ayacan davam etdiyini ekspertlər dəqiq bilirlər, qalan məsələlər qeyri-müəyyəndir. Yəni, bu heç də immunitetin 90 gündən sonra yoxa çıxması demək deyil. Tədqiqatçılar vaksinləri öyrənirlər və onların ömrüylə bağlı fikirlər də dəyişə bilər.
Oreqon Dövlət Universitetinin Qlobal Səhiyyə Mərkəzinin direktoru Çunhey Çi deyib ki, immun reaksiyası adamdan adama fərqlənir. Reaksiyası güclü olanlarda daha çox anticism və yaddaş hüceyrəsi yaranır. Di gəl, daha güclü immun reaksiyasının immunitetin müddətini uzatmasına da dəlil yoxdur.
İmmunitet gələcək ştammlardan da asılıdır. Məsələn, bir şəxs vaksinin yaratdığı anticismlərdən yayınmağı bacaran ştamma tutulsa, vaksin daha əvvəlki kimi effektli olmaya bilər. Bunu isə İndiana Universitetinin Tibb Məktəbindən Lana Dbeibo deyir.
Ekspertlər koronavirusa qarşı təbii immunitet əsasında güman edirlər ki, vaksinlərin yaratdığı qoruyucu immunitet azı 6-8 ay qalacaq. SARS-CoV-2-yə qarşı immunitet "adi soyuqdəymə" kimi mövsümi koronaviruslara bənzəsə, onda vaksinlər hətta əlavə doza almadan 1, hətta 2 il qoruma təmin edə bilər.
Martın 30-da 20-dən çox hökumət və qlobal agentlik rəhbəri pandemiyaya hazırlıq üçün beynəlxalq saziş imzalamağa çağırıb. Onlar bununla gələcək nəsilləri qorumağı hədəfləyirlər.Belə bir razılaşmanın ölkələri daha çox əməkdaşlığa necə sövq edə biləcəyinin detalları bəlli deyil.
Dünya Səhiyyə Təşkilatının (DST) Baş direktoru Tedros Adhanom Gebreyesus, Britaniyanın Baş naziri Boris Conson, İtaliyanın Baş naziri Mario Draqi və digərləri dünyanın pandemiyaya hazırlığını və reaksiya sistemlərini gücləndirməkdən ötrü "kollektiv öhdəliyi yeniləməyə" çağırıblar.
Tedros ötən həftə ilin ilk 100 günündə bütün ölkələrdə vaksinasiyanın başlanmasından ötrü zəngin ölkələri dərhal 10 milyon COVID-19 vaksini ianə etməyə çağırıb. Amma hələlik, heç bir ölkə vaksin paylaşacağını bildirməyib. İndiyədək dünya üzrə 459 milyondan çox vaksin vurulub, onların çoxu cəmi 10 ölkənin, 28 faizi isə bir ölkənin payına düşür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1368   Tarix: 30 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

gozel gorunmek makiyaj etmek qaydalari donlar 2026 qarabasaq kotleti həyat stili cəlil məmmədquluzadə dişlərə qulluq kosmetika haxışda heyati naz mila qz eviyçun hakışta paxlava